AzTU-da “Türk dövlətlərinin müstəqilliklərinin 30-cu ildönümü və türk dünyası” adlı beynəlxalq simpozium keçirilib

AzTU-da “Türk dövlətlərinin müstəqilliklərinin 30-cu ildönümü və türk dünyası” adlı beynəlxalq simpozium keçirilib AzTU-da “Türk dövlətlərinin müstəqilliklərinin 30-cu ildönümü və türk dünyası” adlı beynəlxalq simpozium keçirilib AzTU-da “Türk dövlətlərinin müstəqilliklərinin 30-cu ildönümü və türk dünyası” adlı beynəlxalq simpozium keçirilib AzTU-da “Türk dövlətlərinin müstəqilliklərinin 30-cu ildönümü və türk dünyası” adlı beynəlxalq simpozium keçirilib AzTU-da “Türk dövlətlərinin müstəqilliklərinin 30-cu ildönümü və türk dünyası” adlı beynəlxalq simpozium keçirilib Bakıda Azərbaycan Texniki Universiteti (AzTU), Türk Ocağı Dərnəyi və Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) birgə təşkilatçılığı ilə “Türk dövlətlərinin müstəqilliklərinin 30-cu ildönümü və türk dünyası” adlı beynəlxalq simpozium işə başlayıb.

Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Oktyabrın 10-dək davam edən simpoziumun əsas müzakirə mövzusu türk dünyasının birliyidir.

Açılış mərasimində çıxış edən təhsil nazirinin müavini Muxtar Məmmədov, Türk Ocağı təşkilatının sədri professor Mehmet Öz, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, TİKA Bakı nümayəndəliyinin koordinatoru Fatih Yılmaz, Azərbaycan Türk Ocağı İctimai Birliyinin sədri Akif Aşırlı tədbirin əhəmiyyətini vurğulayıblar.


Qeyd olunub ki, ötən 30 il ərzində türkdilli ölkələrin elm və təhsil sahəsində, o cümlədən digər istiqamətlərdə inkişafı türk dünyasının birliyinin bariz nümunələrindəndir.

Simpoziumda UNESCO Türkiyə Milli təşkilatının rəhbəri Öcal Oğuzla canlı bağlantı yaradılıb.

Daha sonra simpozium panel iclasları ilə davam etdirilib.

Qeyd edək ki, panel iclaslarda Azərbaycanın müxtəlif ali məktəblərinin, elmi müəssisələrin 18, Türkiyənin Qazi Universiteti, Qırğızıstanın Manas və Türk-Kazak Ahmet Yasəvi Universitetindən 31 alim iştirak edib.

Simpoziumda 48 elmi məruzə müzakirə olunub.


ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: