AzTU-nun prorektoru Fariz Məmmədov Gürcüstanda beynəlxalq konfransda iştirak edib

AzTU-nun prorektoru  Fariz Məmmədov Gürcüstanda beynəlxalq konfransda iştirak edib AzTU-nun prorektoru  Fariz Məmmədov Gürcüstanda beynəlxalq konfransda iştirak edib Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təşkilatçılığı ilə DAAD-nin Tbilisi Regional Ofisində “Universitetlərin beynəlmiləlləşmə strategiyasının inkişafı” mövzusunda konfrans keçirilib. Azərbaycan Texniki Universitetinin (AzTU) beynəlxalq əlaqələr üzrə prorektoru Fariz Məmmədov konfransda iştirak edib.

Tədbirdə nüfuzlu beynəlxlaq təşkilatların nümayəndələri, o cümlədən RWTH Aachen Universitetinin Beynəlxalq strategiya şöbəsinin rəhbəri Sara Wigger, Almaniya Rektorlar Konfransının nümayəndəsi Alexandra Feisthauer, Universitetlərin Beynəlxalq Assosasiyasının Ali təhsil və Beynəlmiləlləşmə üzrə meneceri Giorgio Marinoni (Fransa), baş məsləhətçi Peter Debreczeni (Macarıstan), Lumiere Lyon-2 Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Jim Walker (Fransa), Berlin Tətbiqi Elmlər və Texnologiya Universitetinin Qlobal qəbul üzrə şöbə müdiri Olivia Key və DAAD Tbilisi Regional Ofisinin direktoru Gebhard Reul spiker qismində çıxış ediblər.

Konfransda ali təhsil müəssisələrinin beynəlmiləlləşməsinin planlaşdırılması və idarə edilməsi, beynəlmiləlləşmə və dayanıqlılıq məsələləri, tədqiqat, tədris və təlimdə beynəlmiləlləşmə, dil siyasəti, ali təhsil müəssisələrinin beynəlmiləlləşməsində DAAD proqramlarının əhəmiyyəti mövzularında təqdimatlar edilib, plenar iclaslar və qrup işləri təşkil olunub.

Qeyd edək ki, DAAD ilə AzTU arasında uzunillik əməkdaşlıq əlaqələri mövcuddur. Hazırda DAAD-nin lektoru AzTU-da alman dilinin tədrisinə cəlb olunub.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: