Əməkdar jurnalist Bəbir Hüseynovun 90 illik yubileyi keçirilib

Əməkdar jurnalist Bəbir Hüseynovun 90 illik yubileyi keçirilib Əməkdar jurnalist Bəbir Hüseynovun 90 illik yubileyi keçirilib Əməkdar jurnalist Bəbir Hüseynovun 90 illik yubileyi keçirilib Əməkdar jurnalist Bəbir Hüseynovun 90 illik yubileyi keçirilib Əməkdar jurnalist Bəbir Hüseynovun 90 illik yubileyi keçirilib Əməkdar jurnalist Bəbir Hüseynovun 90 illik yubileyi keçirilib Əməkdar jurnalist Bəbir Hüseynovun 90 illik yubileyi keçirilib Əməkdar jurnalist Bəbir Hüseynovun 90 illik yubileyi keçirilib Əməkdar jurnalist Bəbir Hüseynovun 90 illik yubileyi keçirilib Əməkdar jurnalist Bəbir Hüseynovun 90 illik yubileyi keçirilib Əməkdar jurnalist Bəbir Hüseynovun 90 illik yubileyi keçirilibƏməkdar jurnalist Bəbir Hüseynovun 90 illik yubileyi keçirilib Əməkdar jurnalist Bəbir Hüseynovun 90 illik yubileyi keçirilibƏməkdar jurnalist Bəbir Hüseynovun 90 illik yubileyi keçirilib Əməkdar jurnalist Bəbir Hüseynovun 90 illik yubileyi keçirilib Əməkdar jurnalist Bəbir Hüseynovun 90 illik yubileyi keçirilib Əməkdar jurnalist Bəbir Hüseynovun 90 illik yubileyi keçirilib Əməkdar jurnalist Bəbir Hüseynovun 90 illik yubileyi keçirilib Əməkdar jurnalist Bəbir Hüseynovun 90 illik yubileyi keçirilib Əməkdar jurnalist Bəbir Hüseynovun 90 illik yubileyi keçirilib Bu günlərdə
Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə
Azərbaycan Avrasiya Universitetində
Əməkdar jurnalist,
“Qızıl qələm” mükafatı laureatı,
Azərbaycan Yazıçılar Birliyinin üzvü
Bəbir Hüseynovun
90 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib.


Tədbirdə çıxış edən
Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgün Həbibullayev, Mətbuat Şurasının sədri Rəşad Məcid, Azərbaycan Texniki Universitetinin professoru, tarix elmləri doktoru Şikar Qasımov, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov, təqaüddə olan polkovniklər Həmid Cəfərov, Sücəddin Abdullayev, "Həkəri" qəzetinin baş redaktoru, "Qızıl qələm" mükafatı laureatı Rauf İlyasoğlu, AzTV-nin redaktoru Firuzə Nadir və başqaları onun şərəfli həyatı, geniş mətbu fəaliyyəti və zəngin bədii yaradıcılığı haqqında bəhs ediblər.

Qeyd olunub ki, Bəbir Hüseynov müəllimliyi, tarixçiliyi və jurnalistliyi özündə birləşdirir. Doğma Ağdamda əmək fəaliyyətinə müəllim kimi başlayan Bəbir Hüseynov sonralar Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib, bir müddət rayonda partiya işində çalışıb.
Ötən əsrin 70-ci ilin axırlarında Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra “Ağdam” adı ilə çıxan rayon qəzetində redaktorluq fəaliyyətinə başlayıb.
20 il həmin qəzetin redaktoru olub.
O, rəhbərlik etdiyi dövrdə “Ağdam” qəzeti redaksiyasında sağlam və yaradıcı kollektiv formalaşdırmağa nail olub, qəzet rayon həyatının salnaməçisinə çevrilib, üstəlik respublikamızın ən yaxşı rayon qəzetlərindən biri kimi tanınıb.
O, məcburi köçkünlüyün mərhumiyyətlərini yerli camaatla birlikdə yaşayıb, qəzeti onların yurd həsrətinin, arzu, istək və müraciətlərinin tribunasına çevirib. Redaktorluqdan 1998-ci ildə ayrılsa da, jurnalistikadan, yaradıcılıqdan bir an belə uzaq düşməyib.
Bir-birinin ardınca “Ömürdən qalan izlər”, “Həyat illərin aynasında”, “Qarabağ tarixindən səhifələr” adlı kitablarını qələmə alıb.

Çıxış edənlər onu da qeyd ediblər ki, jurnalist-tarixçi sakini olduğu Bakı şəhərinin Nərimanov rayonunda Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü kimi rayon təşkilatının keçirdiyi yığıncaq və tədbirlərdə yaxından iştirak edir, gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsində mühüm rol oynayır.

Tədbirdə yubilyara Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin, Nərimanov və Ağdam Rayon İcra hakimiyyətlərinin, Ağsaqqallar Şurasının diplomları təqdim olunub.

Bəbir Hüseynov çıxış edərək onu yubiley münasibətilə təbrik edənlərə və iştirakçılara öz təşəkkürünü çatdırıb.

Sonda xatirə foto-şəkilləri çəkilib.

P.S. :

"Ziya" qəzetinin və "Zim.Az" saytının baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Müşfiq Borçalı da tədbirdə iştirak etmiş, yubilyarı təbrik etmiş və ona uzun ömür, möhkəm cansağlığı və yeni-yeni uğurlar arzulamışdır.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: