Ormeşənin qeyrətli oğlu

Ormeşənin qeyrətli oğlu Bu günlərdə Bakıdakı "Elm və təhsil" nəşriyyatında nəfis şəkildə çap olunmuş "Əlləz Vəliyev (Ormeşənli)-70" kitabı oxuculara təqdim olunur.
Rəngli və ağ-qara şəkillərdən ibarət olan kitab 240 səhifə olmaqla maraqla oxunur.
Müəllif Əlləz Vəliyev öz ailə üzvlərini, sinif və tələbə yoldaşlarını, müəllimlərini dərin sevgiylə çatdırır.
Hər cür çətinlikləri dəf edərək Əlləz müəllim mənbə kimi qəbul etdiyimiz "Borçalıda qədim Ormeşən eli" kitabını 2011-ci ildə 500 tirajla çap etdirib.
Ormeşənlilər üçün kitabın qiymətini qaldıran məziyyətlərindən biri də 1-ci və 2-ci vətən müharibəsində təqribən otuz illik işğala son qoyulmasında canla-başla fədakarlıq göstərən qəhrəman oğullarımız haqqında gecə-gündüz vaxt tapıb toplayıb sənədlərlə üzə çıxarıb.
Şanlı tariximizə qızıl səhifə kimi yazılan 44 günlük döyüşlərdən qazanılan medalları fəxrlə qeyd olunur.
Şəhidlər, qazilər, veteranlar faktlarla bir-bir göstərilib.
15 nəfər görkəmli şəxslər barədə maraqlı oçerklər şəkillərlə verilib.
Kitablarına münasibət bildirən 51 nəfər ziyalının qələmə aldıqlarına şəkilləri ilə birlikdə yer ayrılıb.


Dünya səviyyəli ağsaqqal alim, Nyu-York EA-nın akademiki, Türk dili Qurumunun üzvü, GUAM-ın diplomçusu, "ilin ən yaxşı vətənpərvər alimi" qızıl medalının daşıyıcısı, filologiya elmləri doktoru, professor Mədəd Namaz oğlu Çobanovun dərin məzmunlu yazısından aşağısakıları qədirbilən oxucularımızın diqqətinə çatdırmağı özümə borc bildim:

Ormeşənin qeyrətli oğlu "Onun uzun illər boyu "Borçalıda qədim Ormeşən eli" adlı kitabının üzərində işləyib ərsəyə gətirməsi, elə belə qənaətə gəlməyə imkan verir ki, Əlləz Nəbi oğlu əsl mənada əməksevər, yurdsevər əsl Borçalı balasıdır.
Eşq olsun Borçalıya da, qədirbilən və Borçalıların adını şərəflə daşıyan Borçalı ziyalılarına da!
Əlləz Nəbi oğlu, siz bu şərəfə layiq ziyalısınız."


"Təbiətdə izi qalan meşəçillər" adlı sanballı kitabı, AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurasının qərarı ilə 2014-ci ildə "Şərq-Qərb"nəşriyyat evində çap olunaraq işıqüzü gördü. ADAU-nin rektoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov kitabı yüksək qiymətləndirərək təbrik etdi və dedi: "Əlləz Vəliyevin yazmış olduğu bu kitabı ADAU-nin stolüstü, ensiklopedik məlumat kitabıdır."

"Mehdi Mustafayev-100. Meşə təsərrüfatının görkəmli təşkilatçısı və Dövlət xadimi" adlı kitabında Sosialist Əməyi qQəhrəmanı Mehdi Əsən oğlu Mustafayevin həyat və fəaliyyətindən bəhs olunur.Dəllək Bayramdan başlayan Dəlləkli nəslinin 2018-ci il şəcərəsi müfəssəl cədvəllə rəngli göstərilib.
"Təbiətdə izi qalan meşəçillər" kitabında da yenə Əlləz müəllim işin əvvəl kökündən başlayıb yarpaqlara doğru yorulmadan, həvəslə çalışaraq çox dəyərli, vacib kitabı yaradıb.
İlk mətbu orqanımız olan "Əkinçini" ərsəyə gətirən Həsən bəy Zərdabinin həm də təbiətşünas alim kimi yazdığı əsərlərindən başlayıb, klassik dramaturq yazıçımız Nəcəf bəy Vəzirov xidmətləriylə akademik Həsən Əliyevin yaratdıqlarından, təqribən 30 il Azərbaycan Meşə Təsərrüfatına rəhbərlik etmiş Sosialist Əməyi Qəhrəmanı Mehdi Mustafayevin şərəfli əməyi qədirbilənliklə təbliğ olunur.
Ağciyərlərimiz sayılan meşələrin inkişaf etdirilməsində xüsusi xidmətləri olan əlləzin özü də uzun ömürlü, nəhəng balıqlara oxşadıram.

Böyüklərimizdən etdiyimə və özümün də hiss etdiyimə görə Ormeşən kəndi sıx palıdlardan ibarət olan meşəlikdə ilk əvvəlcə albanlar tərəfidən salınıb. Qırmızı qozalı balıqların yarpaqlarını da yığıb heyvanlarımızı yemləyirdik. Qırmızı kitaba düşən palıd ağacları dövlət tərəfindən qorunur. Min bir dərdin dərmanı olan təbiəti gələcək nəsillərə əmanət kimi qoruyub çatdırmaq bizim müqəddəs borcumuzdur.
Rəngli şəkillərlə kitabı bəzəyən səhifələr dəqiq tarixlərlə əbədiləşdirilib.

Prezident təqaüdçüsü olunmuş Əlləz müəllimə sağlam canla, uzun ömür, yaradıcılığında yeni-yeni uğurlar arzulayıram!

Ormeşənin qeyrətli oğlu
Bayram Qaralov,
"Borçalı" nəşriyyatının ədəbi redaktoru,
dissertant


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: