ZAMİN QƏMLİ (1956)

ZAMİN QƏMLİ (1956)Zamin Qəmli (Zamin Hüseyn oğlu Rüstəmov) - 17.01.1956-cı ildə Naxçıvan MR Babək rayonunun Cəhri kəndində anadan olub. İlk təhsilini doğulduğu kənddəki orta məktəbdə alıb.
1984-cü ildə Azərbaycan Ali Soveti adına Bakı Ali Hərbi Ümumqoşun Komandurlər məktəbini (indiki Milli Müdafiə Universitetini) bitirib. Ali hərbi rütbə alaraq, hərbi hissə komandiri vəzifəsinə qədər yüksələrək xidmət edib. 1998-ci ildə səhhəti ilə əlaqədar olaraq, hərbi xidmətdən ehtiyata buraxılaraq təqaüdə göndərilib. 2013-cü ilə qədər Naxçıvan Dövlət Texniki Kollecində Hərbi Rəhbər Direktor müavini vəzifəsində işləyib. 2013-cü ildən Naxçlvan MR Atletika Federasiyasında Baş Məşqçi kimi fəaliyyət göstərib. Azərbaycan və başqa ölkələrdə tanınmış çempion idmançıları var.
Poyeziya maraq hələ gənc yaşlarından başlayıb. 12 şerinə tanınmış bəstəkarlar Sevgi Son Sualp və Ərdogan Tozoglu müraciət edib və mahnılar bəstələyiblər. “Bala Ceyran” şeri isə Türkiyə Xalq mahnıları və Köçmən mahnılar qrupyna daxil edilib. Bəstəkar Sevgi Son Sualp xanım və Murat Demirhan tərəfindən bütün konsertlərdə ifa edilir. Bir neçə şeri Azərbaycan Respublikasının Xalq artisti Həsən Agasoy, qiraətçi Sevinc Səbzəliyev tərəfindən səsləndirilib. 12 şeirlər kitabının müəllifidir. 8 ədəbi-bədii almanaxda (antologiyalarda) şeirləri dərc olunub.
Hazırda Naxçıvan şəhərində yaşayıb-yaradır. Ailəlidir.
"Qızıl qələm" media mükafatı laureatıdır. Bir çox xarici ölkələr tərəfindən media mükafatlarına layiq görülüb. Türkmənistan Yazıçılar Birliyinin üzvüdür.
Biz də Zamin Qamliyə ədəbi-bədii yaradıcılığında və şəxsi həyatında yeni-yeni nailiyyətlər arzulayırıq!

ZiM.Az


NAXÇIVANIMIZA
BAHAR YAĞIŞI YAĞIR


Deyəsən bu ili, qar olmayacaq
Bütün dərdimizi, yağış aparsın.
Qara ləkələrin, izi qalmasın
Yagış hamısını, yuyub aparsın.

Gələn bahara tək, qada-bəlamı
Vətəni mal-mülkə satanlarımı.
Xalqını zillətə, salanlarımı
Elə bu son yağış, silib aparsın.

Yag e dayanmadan, yağ narın-narın
Bizə müjdəsin ver, güllü baharın.
Nə qədər aparır, aparsın Harın
Bizim dərd-bəlanı, yığıb aparsın.

Kim nə aparmış ki, bu da apara
Yıga millət zülmün, vura qatara.
Izləri qalmasın, gərək sabaha
Dərdi-bəlamızı, çəkib aparsın.

Zamin gileylənmə, qoy süzsün yağış
Bizə bahar olsun, onlarınkı Qış.
Zallm yuvasında, ulasın Bayquş
Yurdu-yuvasında, qurd yuva salsın
Dərdi-bəlamlzı, yığıb aparsın.


SALVARTIMIN, YAR-YAMACI NECƏDİ?

Getdi Payiz, gəldi boran, qışın da
Söylə yenə, qar silsilə qaşında?
Sizsiz hələ, gözüm həsrət yaşında
Bizsiz o dagların, kefi necədi?

Neçə ildi, bitmək bilmir arzular
Siz vətənsiz, biz itirdik namus-ar.
Sizsiz oldu, saçlarımız dümag qar
Bizsiz yurdun, kef-əhvalı necədi?

Bizə tərəf, uçub gələn Durnalar
Laçınımdan, söyləyin nə xəbər var?
Dəli Çayim, yenəmi salır haray?
Salvartımın, yar-yamacı necədi?

Yenəmi daglarin, buz bulaqları
Axır yamaclardan, üzü aşagı?
Sonalar gelirmi, göllərə sarı?
Yaşıl baslı, Sonaları necədi?
03.12.2019


* * *

Uduzdum sevginin, mən qumarında
Udduğum yalnızca, bir qubar oldu.
Gəzdim mən bəxtimin, bəxt diyarında
O da Kəhər Ata, tez suvar oldu.

Gəzdim kölgə kimi, arxanca sənin
Axı heç demədin, sən mənim nəyim?
Bumu ədalətin, eşqə dəyərin
Bu da ürəyimdə, bir qubar oldu.

Yatdım həsrətinin, qoynunda sənin
Hicran közü qaldı, üstə sinəmin.
Yuxumda mənləydi, sevən gözlərin
O şirin baxışın, tək nubar oldu.


ÖMÜR MÜLK DEYİL Kİ, OLA O BOYDA

Ay dünya malından, doymayan insan
Etibarı oldu, denən nə boyda?
Bir vaxtlar, çox yığıb, çox sevinərdin
İndi kusduğun qan, söylə nə boyda?

Gözün tor olmuşdu, görmürdün yolu
Əzirdin gah sağı, gah da ki solu.
Dünyanın bilmirdin, bax budur sonu
Söylə uztirabın, indi nə boyda?

Hələ harasıdı, hirs aşıb-daşar
Beynində fikirlər, qurd tək dolaşar.
Vicdanın iblislə, hər gün boğuşar
Bilmirəm vicdanın, varmı nə boyda?

Düşünmədin, Adəm oğlu xeyri yox
Bilmədin verilib, ömür nə boyda?
Düşünmədin bu dünyanın, sonu yox
Peşiman ömürə, qaldı nə boyda?

Unutdun nə qədər, gəlib-gedən var
Payız ötən kimi, yağacaqdı qar.
Fəsillər dəyişər, ötər də bahar
Amma vəfa etməz, ömür nə fayda?
Ömür mülk deyil ki, ola o boyda?
30.11.2022


AĞLAYIR

Vaxtsız həyata vida etmiş,
Kamança müəlliminə ithaf


Bir zaman kamanı, agladan qadın
İndisə Kamanın, sənsiz ağlayır.
Sənsizlik hicranı, bizi ağladan
İndi o sənlilər, sənsiz aglayır.

Kamanın qalıbdı, yetim tək küncdə
Mizrabsız aglayır, sənsiz o üzdə.
Ağlayır Kamanın, Bayatı üstə
Kaman nalə çəkir, səssiz aglayır.

Fələk heç sormadı, qalar arzular
Bitməmiş qalanda, yanar arzular!!
Kamansız gör neçə, aglar arzular
Hicrandan Kamanın, simsiz ağlayır.

Daha çəkənmirik, sənin adını
Axı Kaman sorur, öz üstadını?
Niyə aldın Fələk, vaxtsız qadını
Səhnə də ustada, dilsiz aglayır.

Artıq lal olubdur, Kamanın səsi
Elə bil yoxuymuş, kimi-kimsəsi.
Ağlayan kaman yox, balanın səsi
Hər gün bax beləcə, qızın ağlayır
Basır sinəsinə, sənsiz ağlayır.
10.12.2022


YUBATMA VER GÜLÜM,
ÇAPAR GƏTİRSİN


Yenə çəkilmisən qarlı dağlara
Hardasan Qışa de, xəbər gətirsin.
Qoyma aşiqini, zalım ağlara
Bülbüllərlə göndər, mənə gətirsin.

Bilirsən həsrətdə, qəm çəkənin var
Sənsiz ona olur, bu gen dünya dar.
Hicrandan olubdu, ürək boran-qar
Namə yaz bülbüllər, soraq gətirsin.

Daha dözümüm yox, sənsiz xəstəyəm
Ağlayan kamanam, təzə bəstəyəm.
Axı sən bilmirsən, mən həsrətdəyəm?
Bülbülə bir gül ver, sabah gətirsin.

Bəlkə də son vida, olar məktubun
Bilmirəm sənsizlik, bəlkə də sonum.
Yaman uzaq oldu, bu həsrət yolun
Çalış yubatma ver, qatar gətirsin.

Sənin nəfəsini, duyum varaqda
Əllərim qoynumda, qalıb daraqda.
Sənsizluk bu ömür, bu gün, sabahda
Qoyma gözüm yolda, səhər gətirsin
Yubatma ver gülüm, Çapar gətirsin.
05.12.2022


GEDƏNDƏ LÜT GEDİR,
GEYMİR, İLAHİ


Gör nələr baş verir, bu son zamanlar
Buna mat qalmışam, lap mat İlahi.
Insanlar gör nə qədər, harınlamışlar
Gözlər yeri görmur, görmur İlahi?

Millət zülüm çəkir, çörəyə möhtac
Bunlar milyard yığır, doymur İlahi
Xəstə dərman tapmır, Təbibə möhtac
Bunlar dərdi satır, dərdi İlahi?

Satır dərmanı da, gözləri doymur
Qul tək işləməyə, nökəri qoymur.
Bunlara bir heçmi, dur deyən olmur
Zahirlər-batinlər, kormu İlahi?

Baxan yox torpaga, hər tozu insan
Altı da insandı, üstü də insan.
Niyə anlamır ki, axı bu insan
Gedəndə lüt gedir, geymir İlahi?
04.12.2022

***

Bilirəm peşmansan, deyə bilmirsən
Baş-başa qalmısan, hicran içində
Üsyanını, açıb-bükə bilmirsən
Özün də peşmansan, həsrət içində.

Axı nəyə lazım, bu hikkə-əda
Nəyi dəyişəcək, sevgidə nəyi?
Ülvü məhəbbəti, verərsən bada
Amma kiriməz ki, ürək sevməyi.

Kimin gücü yetər, hökm edə sənə
Bu dünyada bircə, sevmək azaddı.
Axı deyə bilmir, kimsələr mənə
Sənin məhəbbətin, yaxın, uzaqdı?

Çünki yox ölçüsü, nə bir biçisi
Nə də bilinmir ki, bir məsafəsi.
Ürək elə sevir, eşq divanəsi
Nə də eşidilmir, hicranın səsi…


OXU MƏNİ

Gəl, mən sənə şeir yazım
Sətir-sətir, oxu məni.
Yad şeirlər, nəyə lazım
Mən şeirəm, oxu məni.

Sevənlərin, mənəm Şahı
Eşqim də, olmadım naşı.
Mən sevginin, Ətirşahı
Süsən olum, qoxu məni.

Gül ətirli, Bənövşəyəm
Dər qoynuna, qoy sən məni.
Başqasına biganəyəm
Neynim, istər çoxu məni.

Sən gül ol, Zamin Sarmaşıq
Olum, mən sənə dolaşıq.
Qoy dolanım, mən boynuna
Gül tək özün, qoxu məni
Saçlarına, toxu məni.
27.04.2022


YAŞLAR SİLİNMİR, SİLİNMİR

Nə qədər, yazıb aglasam
Nə qədər, baxıb aglasam.
Ürəkdə dərdi, saxlasam.
Ürək kirimir, kirimir.

Nə qədər, getdi cavanlar
Düşməndən, qisas alanlar.
Yox bu dərdi, anlayanlar
Dərdlər bilinmir, bilinmir.

Bilinmir, nə gün-sabahı
Bilinmir, dərdə salanı
Ümud qallbdır Allaha
Sonu görünmür, görünmür.

Bir ucdan, gedir Şəhidlər
Çıxır Siradan igidlər.
Görünmür, icdə düşmənlər
Gedən dirilmir, dirilmir.

Şəhidlik də, adiləşdi
Heç bilmədik, bu nə işdi?
Qara yaylıq, dəbə düşdü
Rənglər bilinmir, bilinmir.

Dul qaldı, yenə gəlinlər
Qan agladı, yenə gözlər.
Hardasız, ay baş bilənlər?
Yaşlar silinmir, silinmir.
01.12.2021

* * *

Sən hardasan, gör mən harda
Sənə olan, güvən əbəs.
Mən Allaha, yaxın yerdə
Səni, uzaq saldı həvəs.

Verdim sənə, zamanımı
Saf pak olan, amalımı.
Düşünmədim, bir anımı
Heyif, güvəndiyim əbəs.

Ayaqladın, duz-çörəyi
Ay anlamaz, dost əməyi.
Verdiyim, dostluq dəyəri
Haram, o aldığın nəfəs!

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: