AzTU-nun Beynəlxalq əlaqələri genişlənir

AzTU-nun Beynəlxalq əlaqələri genişlənir AzTU-nun Beynəlxalq əlaqələri genişlənir 2019-c ul oktyabrın 10-11-də Qırğızıstan Respublikasının Bişkek şəhərində Qırğızıstan Texniki Universitetinin Elektronika və Telekommunikasiya İnstitutunda Telekommunikasiya Ali Məktəblərinin rektorlarının konfransı keçirilib.

ZiM.Az xəbər verir ki, konfransda Azərbaycan Texniki Universitetini (AzTU) Beynəlxalq əlaqələr üzrə prorektor, professor Sübhan Namazov təmsil edib.
Azərbaycan, Ukrayna, Belarus, Qazaxıstan, Qırğızıstan respublikalarının telekommunikasiya sahəsində mütəxəssis hazırlığını həyata keçirən ali məktəblərinin mövcud vəziyyəti və qarşıda duran perspektivlər konfransda müzakirə olunub.

Professor Sübhan Namazov “Telekommunikasiya sahəsində kadr hazırlığında AzTU-nun rolu və inkişaf perspektivləri” mövzusunda məruzə ilə çıxış edib.
Səfər çərçivəsində iştirakçı universitetlərin nümayəndələri və Beynəlxalq Elektrorabitə İttifaqının proqram koordinatoru ilə görüşlər keçirilib, AzTU ilə birgə layihələrin həyata keçirilməsi barədə müzakirələr aparılıb.

ZiM.Az
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: