AzTU-da universitetin Şəhid məzunlarına həsr olunmuş tədbir keçirilib

AzTU-da universitetin Şəhid məzunlarına həsr olunmuş tədbir keçirilib AzTU-da universitetin Şəhid məzunlarına həsr olunmuş tədbir keçirilib AzTU-da universitetin Şəhid məzunlarına həsr olunmuş tədbir keçirilib2018-ci il Oktyabrın 29-da Azərbaycan Texniki Universitetinin (AzTU)
Şəhid məzunlarının xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbir universitetin həyətində şəhidlərin xatirəsinə ucaldılmış abidənin qarşısına gülqoyma mərasimi ilə başlayıb və onları xatirəsi bir dəqiqəlik sükütla yad edilib.


AzTU-nun prorektoru, professor İsa Xəlilov çıxışında universitetdə gənclər arasında vətənpərvərlik ruhunun təbliği mövzusunda, universitein şəhid məzunlarına həsr olunmuş tədbirlərdən, filimlərdən danışıb.
Prorektor bildirib ki, tələbələrə vətənpərvərlik ruhunun aşılanması universitet rəhbərliyinin həmişə diqqətində olub.

Tədbirdə iştirak edən ehtiyatda olan geniral-leytenat Yaşar Aydəmirov, ehtiyatda olan genieral-mayor Məmmədhüseyn Sarıyev, ehtiyatda olan polkovnik Hikmət Ağayev, Prezident Yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Şurasının üzvü Emin Həsənli, “Konstusiya” Araşdirmalari Fondunun prezidenti Əliməmməd Nuriyev, ehtiyatda olan kapitan Anar Məmmədov, "20 Yanvar" İB-nin sədri Sultan Əzimzadə, Şəhid Müşviq Orucovun atası Arif Orucov və b. çıxış ediblər.
Çıxışlarda bu mövzuda keçirilən tədbirlərin əhəmiyətindən danışılıb və şəhidlərin xatirəsini əbədiləşdirmək, gənc nəsilə onların qəhrəmanlarını örnək göstərilməsinin vacibliyi vurğulanıb.

Qeyd edək ki, tədbir "20 Yanvar" İctimai Birliyi və Azərbaycan Texniki Universitetinin birgə təşkilatçılığı ilə keçirilib.

ZiM.Az

AzTU-da universitetin Şəhid məzunlarına həsr olunmuş tədbir keçirilib
.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: