Təbrik edirik, ABUZƏR MÜƏLLİM!...

Təbrik edirik, ABUZƏR MÜƏLLİM!... Azərbaycan Texniki Universitetinin
İnzibati-təsərrüfat işləri üzrə prorektoru, dosent
Abuzər Ağaverdi oğlu Mirzəliyev - 60


Mirzəliyev Abuzər Ağaverdi oğlu 25 iyun 1955-ci il Bakı şəhərində anadan olmuşdur. 1972-ci ildə 159 saylı orta məktəbi bitirib, Azərbaycan Politexnik İnstitutuna (Azərbaycan Texniki Universiteti) qəbul olub. 1973-1975-ci illərdə Sovet ordusu sıralarında qulluq etdikdən sonra yenidən təhsilinə davam edərək, 1980-ci ildə Azərbaycan Politexnik İnstitutunun“Mexanika” fakültəsini bitirib. Azərbaycan Politexnik institutunda laborant, baş laborant, laboratoriya müdiri vəzifəsində çalışmışdır. 1984-1988-ci illərdə aspiranturada təhsil almış, 1990-ci ildə isə namizədlik dissertasiyasını müdafiə etmişdir. 1992-ci ilə qədər “İstilik mexanikası” kafedrasında assistent, 1992-ci ildən “Hidravlika və HPQ” kafedrasında assistent, bas müəllim ve dosent vəzifələrində çalışmışdır. 2006-cı ildən “İstilik və soyuqluq texnikası” kafedrasında dosent və 02.05.2007-ci il tarixindən isə AzTU da İnzibati-təsərrüfat işləri üzrə prorektor vəzifəsində çalışır.

Abuzər Ağaverdi oğlu Azərbaycan Respublikasının Prezidentinin 10 noyabr 2011-ci il tarixli səçrəncamına əsasən “Əməkdar mühəndis” fəxri adını almışdır.

26 elmi məqalənin və 1 dərs vəsaitinin müəllifidir.

Ailəlidir, birqızı var.


Təbrik edirik, ABUZƏR MÜƏLLİM!... ÇOX HÖRMƏTLİ ABUZƏR MÜƏLLİMİ ANADAN OLMASININ 60 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ ÜRƏKDƏN TƏBRİK EDİR, ONA UZUN ÖMÜR, MÖHKƏM CANSAĞLIĞI, ŞƏXSİ HƏYATINDA, ELMİ, PEDAQOJİ VƏ İCTİMAİ FƏALİYYƏTİNDƏ YENİ-YENİ UĞURLAR ARZULAYIRIQ!...

Müşfiq BORÇALI,
ZiM.Az



Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: