Filologiya fakültəsinin Elmi Şurasının iclası keçirilib

Filologiya fakültəsinin Elmi Şurasının iclası keçirilibFilologiya fakültəsinin Elmi Şurasının iclası keçirilib 2017-ci il dekabrın 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsinin
Elmi Şurasının
növbəti iclası keçirilib.


Fakültənin dekanı, Elmi Şuranın sədri, professor Buludxan Xəlilov əvvəlcə fakültə əməkdaşlarını: professor Vilayət Əliyevi III dərəcəli “Vətənə xidmətə görə” medalı ilə təltif edilməsi, dosent Allahverdi Hacıyevi 70 illik yubileyi və “Əməkdar müəllim” fəxri adı alması, professor Nəbi Əsgərovu “Tərəqqi” medalına layiq görülməsi, professorlar Elman Quliyevi, Mahmud Allahmanlını, filologiya üzrə elmlər doktoru Yaqub Babayevi “Vaqif” medalı ilə təltif edilmələri münasibətilə, professor Zahid Xəlilovu haqqında Türkiyədə mötəbər “Temrin” dərgisinin 86-cı sayında məqalələrin çapı, filologiya üzrə elmlər doktoru Həcər Hüseynova“İnternational” Beynəlxalq dərgisinin İdarə Heyətinin üzvü seçilməsi, dosent Təranə Turan Rəhimlini İsla Neqra Dünya Şairləri Səfirliyi “Min şair, min şeir” həqiqi diplomu, Çilidə Latın Amerikasının ən böyük poeziya antologiyasında və İspaniyanın ən məşhur “AZAHAR” ədəbi jurnalının noyabr sayında şeirlərinin dərci, həmçinin Türkiyənin İzmir və Manisa şəhərlərində ədəbi-elmi tədbirlərdə iştirak edib aldığı təltiflər münasibətilə təbrik edib.

Qeyd edək ki, professor Buludxan Xəlilov da “Vaqif” medalı ilə təltif olunub.

Sonra gündəlikdə duran ilk məsələ - “2017-2018-ci tədris ilinin payız semestrində dərs jurnallarının yazılması vəziyyəti barədə” dekan müavini, dosent Pəri Paşayeva ətraflı çıxış edib.

Habelə İngilis dili və onun tədrisi metodikası kafedrasının müdiri, professor Nailə Sadıqovanın və İngilis dili kafedrasının müdiri, dosent Gülçöhrə Alıyevanın hesabatları dinlənilib. Hər iki hesabat qənaətbəxş hesab olunaraq qəbul edilib.

Elmi Şuranın iclasında Müasir Azərbaycan dili kafedrasının baş müəllimi, filologiya üzrə elmlər doktoru Sərdar Zeynalovun, Ədəbiyyat və onun tədrisi metodikası kafedrasının baş müəllimi Tənzilə Əliyevanın dosent elmi adını almaları üçün universitet Elmi Şurası qarşısında vəsatət qaldırılması məqsədəuyğun sayılıb.

Fakültənin elmi katibi, dosent Sevinc Sadıxova Elmi Şura üzvlərini cari məsələlərlə tanış edib.

Cari məsələlərdə 3 əməkdaşın dərs vəsaitinin, 1 nəfərin isə proqramının müzakirə olunaraq çap olunması məqsədəmüvafiq bilinib.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: