AŞIQ ZİYƏDDİN BUDAQOV (1987)

AŞIQ ZİYƏDDİN        BUDAQOV        (1987) Ziyəddin Arif oğlu Bu­daqov - 1987-ci il fev­ralın 13-də qədim Borçalı mahalının Bolnisi rayonundakı Şəm­şoy kən­dində ana­dan olub. Lap körpəlikdən saza-sözə böyük ma­ra­ğı olub. Hələ kiçik yaşlarından istedadı ilə həmyaşıdları arasın­dan se­çilib. Uşaqlar çöldə oyna­yanda, bayır-bacada əylə­nəndə Zi­yəddin sazın sirlərini öyrənib. Bu ulu sənətin həm müqəd­dəsliyini, həm də xal­qın ruhunu ifadə etdiyini anlayıb.
Gənc yaşlarından Qurbani, Abbas Tu­­farqanlı, Xəstə Qasım, Аşıq Ələsgər, Аşıq Hüseyn Saraclı, Аşıq Əmrah Gül­məm­mədov, Аşıq Kamandar Əfəndiyev kimi ulu ozanların günü­müzə ötürdüyü qayim-qədim aşıqlıq sənətini şərəflə daşıyan gənc Ziyəddin Budaqov bu sənə­tin təbliğatçılarından birinə çevrilib. Ustadı aşıq Murad Kövrək ona çox şey öy­rədib.
Jurnalist İradə Sariyevanın da yazdığı kimi, Xalq şairi Zə­lim­xan Yaqubun, şair Abbas Abdullanın şeirlərindən də ilham alıb Ziyəddin.
O yaxşı bilir ki, məclisdə özünü sanballı aparmalı, ağsaq­qallıq, dədəlik etməli, həyatı boyu aşıqlıq sənətinin şərtlərinə sadiq qalmalıdır. Ustaddan şə­yirdə miras qalan bu ənənə, təəssüf ki, indi bir qədər unudulub.
Ustadı aşıq Murad Kövrək deyir ki, Aşıq Ziyəddin, gənc olmasına bax­maya­raq, məc­lis aparmaqda, saz çalmaqda, söz deməkdə heç kəsdən geri qal­mır. О, el məc­lislərində, toy-düyündə tez-tez olur. Təkcə ifaçılığı, səsilə deyil, yeri gə­lən­də, məclis əhlini söz-söhbətilə də ovsunlayır Ziyəddin. Ustadı aşıq Murad Köv­rəkdən öyrən­diyi klassik aşıq hava­larını ifa edir cavan aşıq. Ustadın söz­lərinə görə, hətta bir neçə ay əvvəl Borçalı toylarından birində şəyirdini sı­na­ğa da çəkib. Şəyird də ki, elə-beləsindən deyilmiş, ustadın imtahanına yaxşı hazır­laşıbmış...

Biz də öz növbəmizdə gənc aşıq Ziyəddin Budaqova uğurlar arzu edirik. Sazın-sözün heç zaman sinəndən əskik olmasın, aşıq!..

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: