Ağlama, şəhid anası...

Ağlama, şəhid anası... Vətənə çarpaz çəkdilər,
Bu gecə qanlar tökdülər.
Sinələrə dağ çəkdilər,
Ağlama, şəhid anası.

Vətən müqəddəs keçilməz
Haqq nəzilər heç kicilməz
Qorxma bu qandan keçilməz
Ağlama, şəhid anası.

Vətən bölünməz deyiblər
Şəhidlər ölməz deyiblər
Ölməz ağlanmaz deyiblər
Ağlama, şəhid anası.

Ötüb zaman keçib illər
Vaxtsız köçüb sevgililər
Qoy ağlasın qərənfillər
Ağlama, şəhid anası.

Leyla deyir ah-qəm yemə
Can ay balam yandım demə
Gəl düşməni sevindirmə
Ağlama, şəhid anası.

Qanla böldülər hasarı,
Aldılar sülhün açarı,
Yüksəldilər ərşə sarı,
Ağlama, şəhid anası.

Leyla ABDULLAYEVA,
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: