ƏZiZ DOSTLAR!...

ƏZiZ DOSTLAR!...
ƏZiZ DOSTLAR!...
XOŞ GÖRDÜK SİZLƏRİ...

BU BAYRAM GÜNÜNDƏ
SİZLƏRƏ DAHA BİR
ŞAD XƏBƏRİMiZ VAR:
Yeni "ZiRVƏ"
İNFORMASİYA MƏRKƏZİ
bu gündən - İl-Axır
Çərşənbəsində - yəni
17 mart 2015-ci ildən etibarən
fəaliyyətə başladı...
Beləliklə, yeni saytımız
sizlərin ixtiyarınızdadır!!!...

Belə bir əziz gündə
sizlərlə görüşməkdən
çox məmnunuq...

Nəzərinizə çatdırırıq ki, ZiM.Az saytında
Azərbaycanın ictimai, siyasi, sosial, mədəni və digər həyatında olan yeniliklərlə yanaşı,
həm də dünyada, xüsusilə də qonşu Gürcüstanda baş verən maraqlı hadisələr,
Borçalıda və eləcə də digər bölgələrdə yaşayan soydaşlarımızın yaşam tərzi,
problemləri və s. haqqında məlamatları siz dəyərli oxucularımıza çatdıracağıq.
Saytımızda elm, təhsil, səhiyyə, mədəniyyət, mətbuat, ədəbiyyat və digər
(o cümlədən, iqtisadiyyat, sosial, şou və s.) adlı ayrıca bölmələrimiz olacaq.

Həmçinin saytımızda müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər,
reportajlar, müəllif yazıları da təqdim olunacaq.
Saytımız siyasi və sosial qrupların heç birinə qarşı ayrı-seçkiliyə yol verməyəcək,
tam obyektiv, müstəqil və şərhsiz olaraq xəbər istehsal edəcək.
Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları,
QHT-ləri, hüquq-mühafizə orqanlarını, eləcə də, saytımızla maraqlanan hər bir şəxsi
və ya yazarı ən fəal əməkdaşlığa dəvət edirik.

Tanınmış jurnalistlərdən Rauf İlyasoğlu, Günay Novruz, Murtuz Fərhadoğlu, Xanım Bilalqızı,
Tinatin Əhmədqızı, Pərixanım Muradova, Güllü Tomarlı, Təranə Əhmədova, Aytac Mədədli,
Aliyə Əsədova, Etibar Ovçuyev
və başqaları da bundan sonra fəaliyyətlərini
bizimlə birlikdə - Zim.Az-da davam etdirəcəklər.
Bu günkü mətbuat bolluğunda belə bir müqəddəs yolun yolçuluğuna
özümüzə inanaraq sizlərə - cəfakеş ziyalılara, adı vətənlə qoşa çəkilən analara, atalara,
vətənpərvər oğullara, yurdsevər qızlara, ərlərə, ərənlərə güvənərək çıxırıq!..

Yolumuz xeyirli, uğurlu olsun!..
Buyurun, "Zirvə" İnformasiya Mərkəzi --
«ZiM.Az» saytı Sizlərin ixtiyarınızdadır...

Onu da xatırladırıq ki, tezliklə
ZiM.Az/Tv və ZiM.Az/Radio - da
sizlərin ixtiyarınızda olacaq!..

Həmişə "Zirvə" ilə olun!...
Həmişə zirvələrdə olun!...

Və bir daha Novruz Bayramınız mubarək!..

Əziz dostlar!..

Sizlərin hər birinizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti,
firavan həyat, bol ruzu, gözəl qismət və yeni-yeni uğurlar arzulayırıq!...


Dərin Hörmətlə,

Zim.Az - ın Təsisçisi və Baş Redaktoru:

Müşfiq BORÇALI,

Bakı, 17.03.2015.


Elektron ÜNVANIMIZ: M-Borcali@mil.ru



HAQQIMIZDA:

Zim.Az - ın Təsisçisi və Baş Redaktoru:

MÜŞFİQ BORÇALI (Müşviq Mədəd oğlu ÇOBANOV)

22 yanvar 1970-ci ildə qədim Borçalı mahalında – indiki Gürcüstanın Bolnisi rayonundakı Darbaz kəndində anadan olub.

1986-cı ildə Darbaz kənd orta məktəbini əla qiymətlərlə – Gürcüstan Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə bitirib və elə həmin il A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun (conralar S.S.Orbeliani adına Tbilisi Dövlət Pedaqoji Universiteti) rus filologiyası fakültəsinin Azərbaycan bölməsinə daxil olub.

O, eyni zamanda ictimai peşələr fakültəsinin jurnalistika fakültəsində təhsil alıb.

1988-1989-cu illərdə əsgəri xidmət borcunu şərəflə yerinə yetirib.

1990-cı ildə Bakıya köçüb və Nəsirəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsilini davam etdirib.

1992-ci ildə ali məktəbi Fərqlənmə Diplomu ilə bitirib və Azərbaycan Texniki Universitetində əmək fəaliyyətinə başlayıb.

Əvvəlcə "Ziya" qəzetinin müxbiri, bir az sonra məsul katib, ədəbi redaktor, daha sonra isə AzTU-nun Mətbuat şöbəsinin müdiri vəzifələrinə təyin olunub.
Hazırda o, eyni zamanda "Ziya" qezetinin Bas redaktorudur.

1993-cü ildə Azərbaycan MEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun dissertantı qəbul olunub və elə həmin il Elmi Şuranın qərarı ılə "Gürcüstanda nəşr olunan Azərbaycan mətbuatında ədəbiyyat məsələləri" mövzusunda namizədlik dissertasiyası təsdiq olunub.

1993-cü ildən "Təhsil" qəzetinin baş redaktoru, 1995-ci ildən "Azad Azərbaycan" və "Şərqin səsi" qəzetlərinin baş redaktoru vəzifələrinə irəli çəkilib.

1997-ci ildə AzTV-nin Xalq Yaradıcılığı redaksiyasının redaktoru təyin olunub.
Ssenari müəllifi və redaktoru olduğu "Dastan", "Yazı", "Sazın-sözün sehri", "Borçalı elləri" və s. verilişləri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

"Ağır elli Borçalı" (Bakı,1990; Ərzurum, 1996), "Çağdaş Borçalı ədəbi məktəbi" (Baki, "Azərbaycan" nəşriyyatı, 1994), "M.P.Vaqif və Gürcüstan" (1995), "Azərbaycan şəxs adları" (1995), "Məhəbbət həyatdır" (1996), "Gürcüstanda Azərbaycan mətbuatı" (1997), "Borçalı aşıqları" (İsmayıl Ömərovla həmmüəllif, Bakı,1998; Təbriz, 2008; Tehran, 2009), "Ziya"dan "Çənlibel"ədək" (1998), "Qəhrəmanlıq dastanı: Dədə Qorqud-1300" (1998, 2000), "Borçali şəhidləri" (2000), "Borçalı ensiklopediyası"-III c. "Borçalı ulduzları" (2002), "Borçalı ensiklopediyası"-IV c. "Borçalı həkimləri" (2004), "Şairlər dünyanın söz Allahıdı..." (2009), "Dünyamalı Kərəmin poeziya yaradıcılığı" (2010), "Aşıq Hüseyn Saraclı və onun yaylaq səfəri" (2011), "Əkiz alim qardaşlar" (2001,2011), "Borcalının aqbirçək anası - şairə Mayqa Mətin" (2013), "Bu Dostluğun yaşı çox!..." (2014), "M.Coşqunun poeziya yaradıcılığında özünəməxsusluq" (2015), "Butalar Butası Səadət Buta" (2015), 3 cildlik "Sazlı-Sözlü Başkeçid" (2015) və s. kitabları işıq üzü görüb.

Azərbaycan Respublikası Milli Məclisinin Təhsil və Mətbuat haqqında qanunlar hazırlayan işçi qruplarının üzvü olmuş və qanunların hazirlanmasında yaxından iştirak etmişdir.

Azərbaycan Gənclərinin, Azərbaycan Müəllimlərinin və Azərbaycan Jurnalistlərinin qurultaylarının nümayəndəsi olmuşdur.

Hazırda Azərbaycan Respublikasi "Təhsil" Mərkəzinin və "Borçalı" Nəşriyyatının Baş direktoru, "Təhsil", "Şərqin səsi", "Elm və Təhsil" qəzetlərinin baş redaktoru və

"Abdulla Şaiq", "Nəriman Nərimanov""Qızıl Qələm" mükafatı laureatıdır.
Dəfələrlə Fəxri Fərman, Fəxri diplom mükafatlarla təltif olunub.
O cümlədən, Azərbaycan Respublikasi Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyinin Diplom və sertifikatlarina layiq görülüb.

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: