BAYRAM AŞIQLI (1960)

BAYRAM AŞIQLI   (1960) Məmmədov Bayram Əli oğlu - 1960-cı il martın 22-də Tovuz rayonunun Aşağı Quşçu kəndində dünyaya göz açıb. Orta təhsilini doğulduğu kənddə yerləşən orta məktəbdə alıb. 1977-ci ildə doğulduğu kənddə tam orta təhsil alaraq, məktəbi yaxşı və orta qiymətlərlə bitirib.
Orta texniki təhsilludir. 1986-cı ildə Bakı şəhəri Neft və kimya texnikumunun Mexanik fakultəsini bitirib. Ailəlidir, 3 övladı - iki qızı, bir oğlu var. Qızları ailəlidir, oğlu isə subaydır.
Biz də Bayram Aşıqlıya yaradıcılığında və şəxsi həyatında yeni-yeni nailiyyətlər arzulayırıq.
Məlahət SAHİBQIZL,
AYB-nin və AJB-nin üzvü,
"Borçalı" nəşriyyatının redaktoru

ZiM.Az



ANA TORPAĞIM

Vətən eşqi ilə yaşayırıq biz,
İntizarda qalıb, Ana torpağım.
Vətəni can kimi sevməliyik biz,
Dünyanın bəzəyi, Ana torpağım.

Hey, gözlərim dolur,sevinc yaşına,
Baxdıqca Vətənin çopur daşına.
Kül olacaq düşmənin başına,
Azad olacaqdır, Ana torpağım.

Ana torpağa var etibar-vəfa,
O verir hər xəstəyə, sağlam-şəfa.
Verməz nə qədər sevib çəksən-cəfa,
Aldığını geri, Ana torpağım.

Sevinib şadlanıram, gülə-gülə,
Torpaqlar alındıqca geri, güclə.
Əsgərlərə məhəbbət artır, hələ,
Yenə birləşdikcə, Ana torpağım.

Arada sərhədlər olmayaydı, kaş,
İnsanlar-insana olaydı qardaş.
Anadan halal doğulaydı, sirdaş,
Bayramın ünvanı,Ana torpağım.
03-04-2022


SINAYIR O ÖZÜNÜ

Hər qələm sahibi meydana çıxanda,
Dahi birinə oxşadır o, özünü.
Hər söz əhli qələmini sınayanda,
Təkrar xətt üzrə sınayır o, özünü.

Uca olub hər bir söz əhli gözümdə,
Kaş görə biləsən sevinci üzümdə.
Özümü oxşadım, istədi sözüm də,
Dahiyə debi; sınayır o, özünü.

Mən də qələm sınadım özüm-özümdə,
Nə gözəl oldu, mətəl qaldım özüm də.
Başqa izdə, günah görürəm özümdə,
Təqlidçi kimi sınayır o, özünü.

Getdiyim yol gəncliyimdən gedən yoldu,
Qocalığın son dayanacağım oldu.
Qocalığım sual etdi, gəncliyimə,
Bayram son deyil sınayır o, özünü.
17-04-2022.


KASIB SAYMADIM ÖZÜMÜ

Malım, pulum, olasa da az,.
Heç kasıb saymadım özümü.
Arzularım artdı, az-az,
Kasıb etdi, mənim özümü.

Varlı ye, axşam yağ balı,
Kasıb şor ye, aç sabahı.
Şəhər ac oyanacaq hamı,
Varlı ya kasıb bil özünü.

Kasıb məlum, varlı da ac,
Çörək bişirər, təndir, sac.
Kasıb başına qoysan tac,
Kasıb bilər, özünü.
31-12-2021.


YAŞ ALIB GEDƏR

Qisas sinədə qalmasa yaxşıdır,
Yoxsa düşmənçilik baş alıb gedər.
Məhəbbət hər insanın naxışıdır,
Cavanlıq gözləməz, yaş alıb gedər.

Namərdə fitfa verib qızışdırma,
Nanəcibi nəciblə qarışdırma.
Naqabildən kənar gəz, acışdırma,
Gələr qənbər deyər, daş alıb gedər.

Dəyərinı bilən hər kəs həyatda,
Çox xoşbəxt yaşar, işıqlı dünyada.
Zəmanəyə sədaqət var üst qatda,
Xəyanət alt qat da daş olub gedər.
05.05.2022.


QALIM DEYƏ

Xəyallarımda tuturam əlindən.
Sənin hərarətini duyum deyə.
Qəlbində, buraxma mənim, əlimdən.
Ömürlük gül qəlbində, qalım deyə.

Qoxunuzu ciyərimə çəkərdim.
Gizli sevgimin, toxumun əkərdim.
Açılan gülü yoluna sərərdim.
Gül ətinin içində, qalım deyə.

Öyrətdin hicranla dostluq etməyə.
Sənə olan məhəbbətim bitməyə.
Həyatım, ölümüm ilə geyməyə.
Əfsanədən qopub, qalım deyə.
04-03-2021


GƏLƏ BILƏYDİM

Ürəkdən-ürəyə yol olaydı.
O yolla sənə gələ biləydim.
Könüldən-könülə yol olaydı.
Mən də könlünə gələ biləydim

Bulaq üstə gözəllər düzülər.
Kədərinə ürəyim üzülərək.
İncə dodağından bal süzülərək.
Xoş sevincinə dələ biləydim.

Gözəldir qızın-gəlinin, ellər.
Hər birinə bərabərdir güllər.
Danışsın mənimlə şirin dillər.
Bayramam sənə gələ biləydim.
03-11-2021.


GÖRƏSƏN GƏRƏK

Hər gözəlin gülə bənzəri olur, desək,
Sevsən gülü, tikanına dözəsən gərək.
İnsanın bir neçə görkəmi olur, demək,
Sən istədiyin görkəmdə görəsən gərək.

Sərxoşluq naminə acılar qəbul etdim,
Məhəbbət eşqinə yadla qohumluq etdim.
Sən qəlbimdə qaldın, mən xəyallarla getdim,
Sən də xəyallar içində sevəsən gərək.

Dərdlərim aşiqdir, dərdsizlərin halına,
Xallı Bayram vurulub sənin o xalına.
Bir gözəli sevdim, düşdüm beçə balına,
Yüksək qiymətini Sən də biləsən gərək.
15-05-2022.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: