Valideyn himayəsindən məhrum olan uşaqları sevindirdilər

Valideyn himayəsindən məhrum olan uşaqları sevindirdilər Valideyn himayəsindən məhrum olan uşaqları sevindirdilər İctimai fəallığı ilə seçilən "Yeni Yurd" Sosial İnkişaf ictimai birliyi müqəddəs Qurban bayramı münasibətilə tədbir keçirdi.

Sədr Mahirə Əsədovanın və bu Birliyin nəzdində yeni yaradılan "Cığır" qolunun təşkilatçılığı hazırlanan bayram tədbiri Bakının Hövsan qəsəbəsindəki 270 nömrəli tam orta məktəbdə keçirildi.
Məktəbin direktoru Əli İsgəndərov qonaqları salamladı.Bu əziz bayram münasibətilə zala toplaşanları təbrik etdi.
"Yeni Yurd" ictimai birliyinin sədri Hacıxanım Mahirə Əsədova yeni yaradılan şöbənin sədri, Bakı Dövlət Universitetinin müəllimi Yeganə xanımın belə bir təşəbbüslə çıxış etdiyini bildirdi.
M.Əsədova dedi: Yeganə Mirzəyevanın təşəbbüsünü dəstəklədim və nəticə etibarı ilə uşaqlar gözəl bir gün yaşadılar.

Azərbaycan Müharibə Veteranları, Əlilləri və Şəhid Ailələri Cəmiyyəti Nizami rayon şöbəsinin sədri, müharibə əlili Məhi Mehdiyev, "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədri, müharibə veteranı Şamil Sabiroğlu və başqaları çıxış edərək Qurban bayramının insanlığa xidmət bayramı olduğunu qeyd etdilər.

Daha sonra məktəblilər arasında viktorina keçirildi.
Qaliblərə "Yeni Yurd" ictimai birliyi adından qiymətli hədiyyələr, bütün iştirakçılara isə qurbanlıq pay təqdim edildi.

Şamilə Şamil qızı,
"Ana harayı"qəzetinin müxbiri.
Fotolar:İlkin Məmmədzadəyə məxsusdur.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: