"Kür-Xəzər" yeni layihənin icrasına başlayıb

"Kür-Xəzər" yeni layihənin icrasına başlayıb "Kür-Xəzər" yeni layihənin icrasına başlayıb "Kür-Xəzər" Xeyriyyə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənclər arasında azərbaycançılıq ideyasının təşviqinə dair tədbirlərin təşkili" layihəsinin icrasına başlayıb.

Bu barədə ZiM.Az-a məlumat verən "Kür-Xəzər" xeyriyyə İB-nin sədri, MQF-nin İdarə Heyətinin və Respublika Ağsaqqallar Şurasının üzvü Akif Kərimov bildirib ki, layihənin məqsədi gənclər arasında azərbaycançılıq ideyasının təbliği və gənclərin bu ideya ətrafında birləşməsinə yardım etməkdir.

Layihə çərçivəsində "Azərbaycançılıq - milli ideologiyamız" mövzusunda xüsusi bülletenin hazırlanması, "Azərbaycançılıq - milli ideologiyamız" mövzusunda ziyalıların ali məktəb tələbələri və orta məktəb şagirdləri ilə görüşlərinin təşkili və "Mən fəxr edirəm ki, mən azərbaycanlıyam" mövzusunda məktəblilər arasında inşa müsabiqəsi təşkili nəzərdə tutulur.

Layihənin yekununda müsabiqə qaliblərinin mukafatlandırılması nəzərdə tutulur.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: