İnsan hüquqlarının təşviqi ilə bağlı təlimlər başlayıb

İnsan hüquqlarının təşviqi ilə bağlı təlimlər başlayıb İnsan hüquqlarının təşviqi ilə bağlı təlimlər başlayıb İnsan hüquqlarının təşviqi ilə bağlı təlimlər başlayıb İnsan hüquqlarının təşviqi ilə bağlı təlimlər başlayıb İnsan hüquqlarının təşviqi ilə bağlı təlimlər başlayıb İnsan hüquqlarının təşviqi ilə bağlı təlimlər başlayıb Birləşmiş Millərlət Təşkilatının (BMT-nin)
İnsan Hüquqları üzrə
Ali Komissarlığı
vətəndaş cəmiyyəti təşkilatları, hüquq cəmiyyətinin nümayəndələri və hüquq fakultəsi tələbələri üçün silsilə təlimlərə başlayıb.


Avropa İttifaqının maliyyə dəstəyi ilə keçirilən təlimlərdə iştirakçılar BMT-nin ixtisaslaşmış qurumları və onların mandatları, BMT-nin Müqavilə Orqanlarının yekun qeyd və müşahidələrinin hüquqi təhlili haqda məlumat alır, o cümlədən milli tərəfdaşların BMT məkanında insan hüquqlarının təbliğində iştirakı mexanizmlərini öyrənirlər.

Təlimlərdə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının azərbaycan dilinə tərcümə olunmuş nəşrləri təmin olunur.

Silsilə təlimlər, Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının həyata keçirdiyi insan hüquqlarının təşviqi və effektiv müdafiəsi sahəsində milli tərəfdaşların potensialının artırılması layihəsi çərçivəsində təşkil edilir.

Aytac MƏDƏD,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: