Komanda işi, gedişi, formalaşması

Komanda işi, gedişi, formalaşması Azərbaycan Texniki Universiteti Gənclərin Virtual İdarəetmə və İnkişaf Mərkəzi (AzTU GVİİM) ASAN Xidmət ilə birgə Asan könüllülərinə “Komanda işi, gedişi, formalaşması” adlı növbəti nəzəri və praktiki təlim keçirilib.

Təlimçi Vüqar Əliyev ilk öncə komanda nə cür formalaşır? istiqamətində təlimə başlayıb. Daha sonra təlim iştirakaçıları komanda nədir?, komandanın əsas xüsusiyyətləri, ünsiyyətin vacibliyi, komanda daxilində lider seçiminin önəmi və.s mövzularında müzakirələr edib. Təlim zamanı iştirakçılarla birgə kiçik komandalar formalaşdırılaraq interaktiv təcrübi biliklər yoxlanılıb.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: