AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ TAĞI MÜƏLLİM!...

AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ TAĞI MÜƏLLİM!... Tağı müəllimi doğum günü münasibəti ilə
təbrik edirəm.
Onu taniyanlar yaxşı bilir ki, Tağı müəllim xeyirxah adamdir.
Sadə və səmimi insandir.
Müstəqil dövlətimizə və dövlətçılıyımızə
sadiq adamdir.
Mənim üçün Tağı müəllim sözə, sənətə,
elm və mədəniyyətə qiymət verməyi
bacaran ziyalılarımızdandir.
O, həm də gözəl şeirlərin müəllifidir.
Tağı müəllimi şəxsən tanidiğıma görə məmnunam.
Allah qorusun, can sağlığı, uzun ömür arzulayıram...


Kamil MƏHƏRRƏMOĞLU
(NEHRƏMLİ)


REDAKSİYADAN:

Biz də ZiM.Az-ın Yaradıcı hüyəti adından
dəyərli dostumuz Kamil Məhərrəmoğlunun
səmimi təbrikinə və xoş arzularına qoşularaq
Bakı Metropoliteninin sabiq rəisi (1998-2014), Azərbaycan Dama Federasiyasının vitse-prezidenti,
Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri hörmətli Tağı Əhmədovu
Ad günü münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm canağlığı,
şəxsi həyatında və ictimai-siyasi fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..


Müşfiq BORÇALI,
ZiM.Az


Xatırladırıq ki, Tağı Məhəmməd oğlu Əhmədov 1 fevral 1948-ci ildə Naxçıvan Muxtar Respublikasının
Şahbuz rayonundakı Yuxarı Remeşin (indiki Güney Qışlaq) kəndində anadan olub.
1965-ci ildə Naxçıvan Kənd Təsərrüfatı Texnikumunu, 1977-ci ildə Azərbaycan Politexnik İnstitutunu,
1987-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib.

1965-ci ildən "Badamlı" zavodunda fəhlə, 1970-1994-cü illərdə Bakı Metropoliteninin tunel qurğuları və
yol xidmətində tunel fəhləsi, böyük tunel ustası, distansiya rəisi, 1994-1998-ci illərdə tunel qurğuları
xidmətinin rəisi işləyib.

1998-2014-cü illərdə Bakı Metropoliteninin rəisi vəzifəsində çalışıb.

1997-ci ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin aspirantı olub.
Texnika elmləri namizədidir.

"Tunellərin zəlzələyə davamlılığı" mövzusunda tədqiqat işi aparır.

2005-ci ildən Beynəlxalq Nəqliyyat Akademiyasının həqiqi üzvüdür.

“Şöhrət” ordeni, “Fəxri Dəmiryolçu”, “Bakı meropoliteni veteranı” döş nişanları və
“Azərbaycan Resbulikasının Əməkdar mühədisi” fəxri adı ilə təltif edilib.

Bakı metropolitenini dünya standartlarına çatdırılması sahəsində xidmətlərə görə
“Qızıl Buta” müstəqil milli mükafatına layiq görülüb.

2012-ci ildə ölkənin iqtisadi inkişafında xidmətlərinə və Azərbaycan elminə verdiyi töhfələrə görə
akademik Yusif Məmmədəliyev adına medalla təltif olunub.

Hazırda Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədridir.

Evlidir, 2 övladı var.


ZiM.Az
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: