Raqub Məmmədov ədalətli insandır!

Raqub Məmmədov ədalətli insandır! Azərbaycan Respublikası "Yeni Yurd" Sosial İnkişaf ictimai birliyinin təşkilatçılığı ilə Ağdam bölgəsinə 2015-ci noyabr ayının 9-da etdiyimiz səfər zamanı Rayon İcra Hakimiyyətinin Başçısı Raqub Məmmədovla da görüşdük. Bəri başdan deyim ki, Raqub müəllim, ədalətli insandır. O, Ağdam rayonuna rəhbərlik etdiyi qısa zaman kəsiyində el-obanın hörmətini qazanıb. Sadə insanlar, bütövlükdə rayon əhalisi R.Məmmədovun xətrini çox istəyir.
Mən, Raqub Məmmədovu 1990-cı ildən tanıyıram. Onun Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirakının canlı şahidiyəm.
Son günlər bəzi kütləvi informasiya vasitələrində R.Məmmədov barəsində həqiqəti özündə əks etdirməyən məlumatlar yayılır. "Azərbaycanın Milli Qəhrəmanı Asif(Fred) Məhərrəmov adına İnkişaf Fondu", "Yeni Yurd" Sosial İnkişaf və "Xocalı Soyqırımını Tanıtma" ictimai birliklərinin fəalları adından, xüsusən də Hacı Ədalət Məhərrəmov, Mahirə xanım Əsədovanın adından Raqub Məmmədova ən xoş arzularımızı bildiririk. Etiraf edirik ki, dövlət qulluqçuları, dövlət məmurları arasında tapşırılan işin öhdəsindən gəlməyi bacaran Raqub Məmmədov kimi insanlar azdır.
Allah-Taala işlərinizi avand eləsin, Raqub müəllim. Amin!..

Şəkildə: Qonaqlar Ağdam rayon İcra Hakimiyyətinin Başçısı R.Məmmədovla xatirə şəkli çəkdirirlər.

Şamil Sabiroğlu (Ələkbərli),
"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədri,
"Tərəqqi" medalının mükafatçısı, müharibə veteranı.
Bakı, 10.XI.2015.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: