Soydaşımız Vüqar Mustafayev müdafiə sənayesi naziri təyin olunub » ZiM.Az

3 min read

[ad_1]

TƏBRİK EDİRİK!..

Dəyərli soydaşımız Vüqar Valeh oğlu Mustafayev Azərbaycan Respublikası Prezidentinin 18 noyabr 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası müdafiə sənayesi naziri vəzifəsinə təyin olunub.

Vüqar Valeh oğlu Mustafayev – 1986-cı ildə Bakı şəhərində anadan olub.
Əslən qədim Borçalı mahalından – indiki Gürcüstan Respublikasının Bolnisi rayonundakı Ayorta kəndindəndir.

O, 2004-cü ildə bakalavr dərəcəsi üzrə Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Mühəndis iqtisadiyyatı və idarəetmə — Menecment ixtisasına daxil olmuş, 2008-ci ildə fərqlənmə ilə bitirmişdir.

2010 – 2013-cü illərdə Xəzər Universitetinin Maliyyə və kredit ixsitsası üzrə “Biznesin idarə edilməsi (MBA)” magistr proqramı üzrə məzun olmuşdur.

Vüqar Mustafayev – 2016-cı ildən etibarən beynəlxalq assosasiya olan Daxili Auditorlar İnstitutunun üzvü olmaqla yanaşı “Certified İnternal Auditor (CİA)” – Beynəlxalq Daxili Auditor kvalifikasiyası əldə etmişdir və 2020-ci ildən beynəlxalq “İBM Data Science Specialization” – Data Elmi üzrə ixtisastlaşmış kvalifikasiyaya sahibdir.

O, Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının N saylı hərbi hissəsində hərbi xidmətdə olub.

Ailəlidir. İki övladı var.

Vüqar Mustafayev – bakalavr təhsili dövründə 2006 – 2008-ci illərdə müxtəlif şirkətlərdə təlim koordinatoru və maliyyə və mühasibatlıq üzrə mütəxəssis vəzifələrində fəaliyyət göstərib.

2009-2012-ci illərdə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq audit şirkəti “Ernst & Young CIS B. V” şirkətində baş mütəxəssis olaraq çalışıb.
2012-2014-cü illərdə Azerfon MMC-də daxili audit departamentinin direktoru vəzifəsini icra edib.
2014-cü ildən etibarən PAŞA Holdinq MMC və ona aid olan şirkətlərdə müxtəlif rəhbər vəzifələrində çalışıb.
2014-cü ildə PAŞA Holdinq MMC-də icraçı direktorun müşaviri vəzifəsinə təyin olunub.
2014-cü ildən etibarən PAŞA Sığorta ASC və PAŞA Həyat Sığorta ASC-nin təftiş komissiyasının sədri kimi fəaliyyət göstərib.
2021-ci ildə PAŞA Holdinq MMC-nin Türkiyə Respublikasındakı nümayəndəliyinin rəhbəri, eyni zamanda İstanbul mərkəzli PDT və Gayrımenkul A. Ş. şirkətinin müşahidə şurasının sədri təyin edilib.

Vüqar Mustafayev – Azərbaycan Respublikası Prezidentinin 15 mart 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini vəzifəsinə, 18 noyabr 2023-cü il tarixli Sərəncamı ilə isə Azərbaycan Respublikası müdafiə sənayesi naziri vəzifəsinə təyin olunub.

Biz də dəyərli soydaşımız Vüqar Valeh oğlu Mustafayevi Azərbaycan Respublikası müdafiə sənayesi naziri vəzifəsinə təyin olunması münasibətilə ürəkdən təbrik edir və ona yeni vəzifəsində yeni-yeni uğurlar arzulayırıq!..
Xalqımız üçün xeyirli, uğurlu olsun!..

Müşfiq BORÇALI,
ZiM.Az

.

@ Muəllif huquqları qorunur.

Məlumatdan istifadə etdikdə istinad mutləqdir.

[ad_2]

Source link

 

Copyright © All rights reserved. | Newsphere by AF themes.