RUHUN ŞAD OLSUN, ƏZİZ DOST – ÇOX HÖRMƏTLİ ZİYA ABBASOV!..

2 min read

ALLAH RƏHMƏT ELƏSİN,

ƏZİZ VƏ DƏYƏRLİ DOST!..

MƏKANIN CƏNNƏT OLSUN,
ELİMİN-OBAMIN SEVİMLİ OĞLU!..

RUHUN ŞAD OLSUN,
YURDSEVƏR, VƏTƏNPƏRVƏR
VƏ XEYİRXAH İNSAN!..

SÖZÜN ƏSL MƏNASINDA,
XEYİRXAHLIQ SİMVOLU OLAN
ÇOX HÖRMƏTLİ
ZİYA ABBASOV!..

İlahi!..
Bir il necə də tez gəlib keçdi…

Ötən il – 2022-ci ilin dekabr ayının 12-də
aldığımız acı xəbər hamımızı sarsıtdı…

Sənin – əslən qədim Borçalı mahalından
– indiki Gürcüstanın
Bolnisi rayonundakı
Darvaz kəndindən olan
və uzun illərdi ki,
Moskva şəhərində yaşayan
məşhur iş adamı,
tanınmış xeyriyyəçi-mesenat
Ziya Almaz oğlu Abbasovun
Almaniyada müalicə olunduğu
xəstəxanada vəfatı xəbəri
ürəyimizi param-parça elədi…

2022-ci il dekabrın 15-də
səni böyük bir izdihamla
son mənzilə yola saldıq…

Dekabrın 16-da
Heydər məscidinin
Mərasim Evində
əziz xatirənə
hörmət əlaməti olaraq
Böyük Ehsan verildi…

Bu il yanvarın 2-də
sənin doğum gününü
ilk dəfə olaraq,
Yasamal qəbristanlığındakı
məzarını ziyarət etməklə
qeyd etdik…

Budur, yenə məzarın önündəyik…
Adına layiq möhtəşəm bir abidə – sözün əsl mənasında, dəyərli bir sənət əsəri, elə bil ki, bu dəqiqə dil açıb danışacaq…
Sanki göylər də sənə yas saxlayır…
Soyuq qış günü olsa da, bir tərəfdən Günəşin ilıq şüaları görünür, digər tərəfdən isə buludlar da bizim gölərimiz kimi dolub, qaralıb, sanki yaş tökmək üçün bircə himə bənddi…

Elimiz-obamız üçün sənin gördüyün xeyirxahlıqlar kinolentitək bir-bir gözlərim önündə canlanır…
Qısa bir ömrə bu qədər xeyirxahlıqları necə yerləşdirə bildin?!..
Görəsən belə bir mərd oğul – belə bir xeyirxah insan bir də bu dünyaya gələcəkmi?

Allah rəhmət eləsin!
Məkanın cənnət,
Ruhun şad olsun!..

Sənin əziz və unudulmaz xatirən
daim və əbədi olaraq
qəlbimizdə yaşayacaq!..

Ailənə,
qızın – Sona xanıma,
qardaşların Qulu, Heydər
və Şaban Abbasovlara,
bütün qohumlarına, dostlarına
və yaxınlarına bir daha
dərin hüznlə başsağlığı veririk.
Allahdan səbr diləyirik!..
Başınız sağ olsun!..

Böyük hörmət və ehtiramla:
Müşfiq BORÇALI,
ZiM.Az

 

http://zirve.info/borchali/5945-allah-rhmt-elsn-zz-v-dyrl-dost-elmn-obamin-sevml-olu-zya-abbasov.html

 

 

@ Muəllif huquqları qorunur.

Məlumatdan istifadə etdikdə istinad mutləqdir.

Source link

 

.

 

.

Copyright © All rights reserved. | Newsphere by AF themes.