Dosent ELMAN CƏFƏROV (1973)

2 min read

ALİMLƏRİMİZİ TANIYAQ və TANIDAQ!..

TƏBRİK EDİRİK!..

Bu gün – yanvarın 2-si dəyərli soydaşımız, tanınmış alim,
Azərbaycan Dövlət İqtisad Universitetinin
Rəqəmsal iqtisadiyyat fakültəsinin dekanı,
texnika üzrə fəlsəfə doktoru, dosent
Elman Cəfərovun doğum günüdür!..
Daha doğrusu, Yubileyidir!..
Anadan olmasının 50 illik yubileyi!..

Cəfərov Elman Novruz oğlu – 1973-cü il yanvarın 2-də qədim Borçalı mahalında, indiki Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olmuşdur.
1990-ci ildə Azərbaycan İnşaat Mühəndisləri Universitetinə daxil olmuş və 1995-ci ildə həmin Universiteti bitirərək Mühəndis texnoloq ixtisasını almışdır.
1999-cu ilin sentyabr ayından Azərbaycan Dövlət İqtisad Universitetinin “Texnoloji maşınlar və sahə avadanlıqları” kafedrasında mühəndis, baş laborant, assistent, baş müəllim vəzifələrində çalışmışdır.
2014-cü ildə “Çoxəsnəkli toxucu maşınlarının iki girişli parçaəmələgətirici mexanizminin layihələndirilməsi metodunun işlənməsi” mövzusunda dissertasiya işini müdafiə etmişdir. Texnika üzrə fəlsəfə doktorudur. UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosentidir.
2014-cü ilin may ayından 2020-ci ilə kimi Texnologiya və Dizayn fakültəsinin dekan müavini vəzifəsində çalışıb.
2020-ci ildən 2021-ci ilin sentyabrına kimi UNEC-in Rəqəmsal iqtisadiyyat fakültəsinin dekan müavini olub.
2021-ci ilin sentyabrından UNEC-in Rəqəmsal iqtisadiyyat fakültəsinin dekanıdır.
Seçkilərin nəticələrini nəzərə alaraq 31.03.2023-cü il tarixində UNEC Rektorunun müvafiq əmrilə Rəqəmsal iqtisadiyyat fakültəsinin dekanı vəzifəsinə təyin edilib.
36 elmi metodiki məqalənin, o cümlədən 2 dərslik, 2 dərs vəsaiti, 3 metodiki göstərişin, 4 fənn proqramı və 3 müəlliflik şəhadətnaməsinin müəllifidir. Nəşr edilmiş elmi əsərlər respublikanın AAK tərəfindən nüfuzlu hesab edilən elmi jurnallarda dərc olunmuşdur. Xarici ölkələrdə keçirilən beynəlxalq simpozium və konfranslarda məruzələrlə çıxışları olmuşdur.
Ailəlidir. İki övladı var.

Biz də bir daha dəyərli ziyalımız, tanınmış alim, Azərbaycan Dövlət İqtisad Universitetinin Rəqəmsal iqtisadiyyat fakültəsinin dekanı texnika üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərovu Yubileyi münasibətilə ütəkdən təbrik edirik, ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, eləcə də, şərəfli elmi-pedaqoji fəaliyyətində yen-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
ZiM.Az

Bax: “BOLNİSİ: Ensiklopedik məlumat kitabı. I cild, Bakı, 2023.

.