Darvazlı HACI MİRZALI vəfat edib

1 min read

 ALLAH RƏHMƏT ELƏSİN…

Tanınmış el ağsaqqalı,
elimizin-obamızın sevimlisi,
Ulu Borçalımızın
Darvazlı din xadimi,
vətənpərvər, yurdsevər
və xeyirxah insan –
HACI MİRZALI
MANSUR oğlu
NAMAZOV 
11 dekabr 2023-cü ildə
Bakı şəhərində vəfat edib.  

Redaksiya heyətimiz adından
HACI MİRZALInın
vəfatından
kədərləndiyimizi bildirir,
mərhumun ailəsinə,
doğmalarına, əzizlərinə,
xüsusilə də oğulları –
Bakı Dövlət Universitetinin
Mexanika-riyaziyyat fakültəsinin
“Riyaziyyat və onun tədrisi metodikası”
kafedrasının dosenti,
fizika-riyaziyyat elmləri namizədi
Namazov Faiqə  və
tanınmış iş adamı
Namazov Təbrizə, eləcə də, 
bütün yaxınlarına
dərin hüznlə başsağlığı veririk.

Bildiririk ki, mərhum
dekabrın 13-də Bakıdakı
Bakıxanov qəsəbəsindən
son mənzilə yola salınacaq.
(Ünvan: Bakı şəhəri,

Əhməd Bakıxanov küçəsi, ev 44)

Dekabrın 14-də
Bakıxanov qəsəbəsindəki
“VİDA” mərasim evində
böyük ehsan məclisi olacaq.

ALLAH RƏHMƏT ELƏSİN!..
RUHU ŞAD, MƏKANI CƏNNƏT OLSUN!..

Müşfiq BORÇALI,
“Ziya” qəzetinin və
“Ziya.info.az” saytının
baş redaktoru,
“Bolnisi.Az” saytının təsisçisi və
Redaksiya Heyətinin rəhbəri,
filologiya üzrə fəlsəfə doktoru

Bolnisi.Az

 

.

Copyright © All rights reserved. | Newsphere by AF themes.