MEHMAN RASİMOĞLU (1983)

5 min read

MEHMAN RASİMOĞLU (1983)

Mehman Rasimoğlu (Rzayev Mehman Rasim oğlu) – 1983-cü il mart ayının 27-də Tovuz rayonunda ziyalı ailəsində anadan olub.
2004-cü ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin məzunu olub.
2004-2005-ci illərdə hərbi xidmətdə olub.
Aşıq Əsəd Rzayevin nəticəsidir.
Mehman Rasimoğlu tələbəlik illərindən BDU-nun Jurnalistika fakültəsinin nəzdində fəaliyyət göstərən “Jurnalist” qəzetində, “Azad Azərbaycan”, “525-ci qəzet”, “Azad qələm”, “Palitra”, “Tovuz” və başqa qəzetlərdə, “Bölgələrdən səslər-2” (2014), “Qazax mahalının şairləri” (2016), “Varislər”dən gələn səslər-1” (2017) almanaxlarında, “Ulduz”, “Yurd”, “Telli Sənəm” jurnallarında, “Dünyaya yayılsın anamın adı-1”, “Dünyaya yayılsın anamın adı-2”, “Qeyrətdən gələn haray” antologiyalarında (2020), “Poeziyamızın Nizami Gəncəvi Zirvəsi” adlı “Zirvə” ədəbi-bədii, eli-publisistik məcmuəsinin xüsusi buraxılışında şeir və məqalələri dərc olunub.
“İlk məhəbbətim” , “Könlüm məhəbbətin harayındadır” və “Doğmalar da yadlaşarmış” adlı şeirlər kitablarınının müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, “Nəsimi” poeziya diplomu mükafatçısıdır.
Prezident təqaüdçüsüdür.

Biz də Mehman Rasimoğluna yeni-yeni uğurlar arzulayır və
aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.

ZiM.Az

MƏN SƏNƏ QAYIDACAĞAM

Ağlama gözəlim, bu ayrılığa,
Nə vaxtsa mən sənə qayıdacağam.
Ellər düşmən oldu, illər tamarzı!
Vüsal istisinə qayıdacağam,
Nə vaxtsa mən sənə qayıdacağam.

Könlünün oduna köz salacağam,
Nazlı baxışına göz salacağam,
Ülvi məhəbbətdən söz salacağam.
Gül olub çəmənə qayıdacağam,
Nə vaxtsa mən sənə qayıdacağam.

Dünya sirkələnsə, ağ qara olsa,
Yolumun üstündə dərd, yara olsa,
Yüyürüb gələrəm, can, hara olsa!
Ağlama, bil, yenə qayıdacağam,
Nə vaxtsa mən sənə qayıdacağam.

Sənsizəm, mənim də halım lap yaman,
Təbiblər tapmırlar dərdimə dərman.
Ölüm kağızımı ediblər fərman.
Ruhuma, vətənə qayıdacağam,
Nə vaxtsa mən sənə qayıdacağam.

Könlüm dağ-dağ olub, hicrin od saçır,
Məşəqqət zülmətin yolunu açır,
Cəhənnəm oduyam, sel məndən qaçır.
Bülbüləm gülşənə qayıdacağam,
Nə vaxtsa mən sənə qayıdacağam.

Sənin göz yaşların –mənim nəfəsim,
Qəmli hıçqırığın mənim eşq səsim.
Hər iki dünyada sən mənim bəsim.
Ölsəm də mən mənə qayıdacağam,
Nə vaxtsa mən sənə qayıdacağam.

ÖZÜMƏ GƏLMƏYƏ BİR İZ GÖSTƏRİN

Səni tanıyandan üzü bu yana
Ömrüm zillət dolu, günüm də qara.
Sənə könül verdim güllü-çiçəkli,
Gülümün yerinə doldurdun yara.

Mən çəmən zənn etdim tək bircə gülü,
Gülüstan bilmişdim səhranı, çölü.
Könlüm məzar daşı, sevincim ölü,
Sabahım səninlə çəkilib dara.

Bitməz nağıl idim, eşq əfsanəsi,
Başına yığmışdı sevgim hər kəsi.
Qalmayıb könlümün ilıq nəfəsi,
Dönmüşəm səninlə zəhərli mara.

Başımı qoymağa bir diz göstərin,
Səndən daha betər bir biz göstərin.
Özümə gəlməyə bir iz göstərin,
Bilmirəm bu dərdlə gedirəm hara?!

GETDİ

Tək gəldi dünyaya, tək yaşa doldu,
Təkcə də dünyanı tərk etdi, getdi.
Həyat bir tamaşa, hər gün bir oyun,
Rollar da yalanmış-dərk etdi, getdi.

Təklikdən çırpındı, durdu ürəyi,
Kimsədən ummadı zərrə köməyi.
Sevgisiz çürüyüb düşdü dirəyi,
Süründü, ömrünü çirk etdi, getdi.

Kim deyib insanlar qoşa yaranıb,
Kefə, əyləncəyə, xoşa yaranıb?!
Şəkli vurulmaqçün daşa yaranıb!
Gələn iztirabı kürk etdi, getdi.

Dünyada nifrətdən safın görmədi,
Sevgi bağçasından bəhər dərmədi.
Məşəqqət yükünü aşkar sərmədi,
Pünhanca könlünə görk etdi, getdi.

QARABAĞ YOLU

Tovuzdan erenköy escort başladı Qarabağ yolu
Bu yol zəfər yolu, Turan yoludur!
Vətənim uğrunda hər bir şəhidin
Bayraqla ucalan al qan yoludur!

Dünya sirkələndi TÜRKün gücünə,
Ordum səbəb oldu düşmən köçünə.
Qarabağ başladı kol-kos biçinə,
Bu yol şərəf yolu, bu şan yoludur.

Illər sonra gülür üzü Vətənin,
Sevincdən od tutub közü Vətənin,
Vüsala yol alıb izi Vətənin,
Bu yol Allah yolu, Quran yoludur.

Qarabağ torpağın yorğan eylədi-
Igidlər canını qurban eylədi.
Şəhidlik zirvəsin heyran eylədi-
Bu qürur yoludur, bu can yoludur!

Bəzənib bayraqla Azərbaycanım!
Azadlıq eşqinə qurbandır canım!
Qarabağ-Vətənim, şöhrətim, şanım!
Qarabağ yar yolu, canan yoludur.

SEVGİ VER

Sevgi görsən bir könüldə dilənən,
Tut əlindən, kozyatağı escort gözlərinlə sevgi ver.
Üst-başının tozunu sil, təmizlə,
Ucalt göyə-dizlərinlə sevgi ver.

Qoy dilənsin eşq yolunda ürəklər,
Alovlansın sevgi ilə diləklər.
Zəncirlənsin eşqi boğan biləklər,
Könüllərə izlərinlə sevgi ver.

Bayraq elə, qaldır başa sevgini,
Ömrün qədər qoşa yaşa sevgini.
Yalan vədlə vurma daşa sevgini,
Ocağına közlərinlə sevgi ver.

Sevgi üsküdar escort ümid, sevgi nəfəs, səadət,
Sevgi arzu, könüllərdə səltənət.
Sevgi verir insanlara mərhəmət,
Ülfətinə sözlərinlə sevgi ver.

MEHMAN RASİMOĞLU

ZiM.Az

.

Copyright © All rights reserved. | Newsphere by AF themes.