YAŞA QƏHRƏMANIM

2 min read

QƏHRƏMAN QAZİMİZ, CANLI ƏFSANƏ

POLKOVNİK TAHİR MƏMMƏDOVA

HƏSR EDİRƏM.

Vətənə həsr etmiş keçən, ömrünü.
Səngərdə düşmənə deyib, sözünü.
Yandırıb ellərin sönmüş közünü,
Canlı əfsanədir polkovnik Tahir?
Yaşa qəhrəmanım, polkovnik Tahir!

Önündə partlayıb düşmən mərmisi,
Al qanlar içində gördü hər kəsi.
Camalın ayağın düşmən mərmisi,
Qoparıb atmışdı, gəlmirdi səsi,
Ölümün pəncəsindən tez aldı Tahir!

O vaxtsız əcələ aman verməyir,
Özü yaralıdır kömək eyləyir,
Canında hələ də qəlpə gəzdirir,
Canlı əfsanədir polkovnik Tahir!
Yaşa  qəhrəmanım, polkovnik Tahir!

Xankəndi, Füzuli, Zəngilan, Ağdam,
Azaddır Qubadlım, Laçınım, Şuşam.
Qazi olsam belə hərbə hazıram,
Vətən namusumdur!  qeyrətim deyir,
Yaşa  qəhrəmanım, polkovnik Tahir!

Seyyid Həsən Ağa əslidir Tahir,
Şəhid anasına dayaqdır, Tahir.
Qazi dostlarına həm taydır, Tahir,
Canlı əfsanədir polkovnik Tahir!
Yaşa qəhrəmanım, polkovnik Tahir!

Yaşadır bir daha, tariximizi,
Yaşadır uyuyan şəhidimizi.
Düşüb bu tarixə silinməz izi,
Canlı əfsanədir polkovnik, Tahir!
Yaşa qəhrəmanım, palkovnik Tahir!

LEYLİ NUR MUSTAFA QIZI NOVRUZOVA

ZiM.Az