Darvazlı Vəkil Ovçuyev vəfat edib

1 min read

ALLAH RƏHMƏT ELƏSİN!..

Qədim Borçalı mahalının Darbaz kəndində yaşayıb-yaradan el ağsaqqalı, tanınmış müəllim və istedadlı şair VƏKİL ƏDALƏT – Vəkil Məhəmməd oğlu Ovçuyev bu gün – 29 avqust 2022-ci ildə doğma kəndində vəfat edib.
O, 1935-ci ildə qədim Borçalı mahalında, indiki Gürcüstanın Bolnisi rayonundakı Darbaz kəndində anadan olmuş, orta məktəbi doğulduğu doğma kəndində bitirmişdi.
1950-1955-ci illərdə indiki Gəncə şəhərindəki Həsən bəy Zərdabi adına Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsində ali təhsil almışdı.
1957-ci ildən Darbaz kənd orta məktəbində fizika-riyaziyyat müəllimi işləmişdir.
Vəkil müəllim həm də istedadlı şair kimi tanınırdı. 2014-cü ildə onun “Şərəfli ömür” adlı şeirlər kitabı “Borçalı” nəşriyyatı tərəfindən nəfis şəkildə çap olunaraq oxucuların ixtiyarına verilmişdir.

Mərhumun ailəsinə, doğmalarına, əzizlərinə və bütün yaxınlarına,
çox hörmətli Vəkil müəllimin vəfatından kədərləndiyimizi bildirir və
dərin hüznlə başsağlığı veririk.

ALLAH RƏHMƏT ELƏSİN!..

 

Müşfiq BORÇALI,

ZiM.Az

.

Copyright © All rights reserved. | Newsphere by AF themes.