Müəllimliyi ilə həmişə fəxr edən Nənəxanım Bayramova
6 min readNənəxanım Vahid qızı Bayramova – 1 dekabr 1971-ci ildə qədim Borçalı mahalının ağır ellərindən olan Qoçulu kəndində – indiki Gürcüstan Respublikasının Bolnisi rayonundakı Çapala kəndində müəllim ailəsində dünyaya göz açıb.
Atası – Bayramov Vahid Abdı oğlu müəllim olmuşdur.
Anası Zina Cahangir qızı Bayramova da müəllimdir, hazırda yaşadığı kənddə müəllim işləyir.
Ailədə 5 uşaq olublar, 3 qardaş, iki bacı. hamsı təhsillidir və ailəlidir. Kiçik qardaşı anası ilə birlikdə yaşayır.
O, 1979-cu ildə öz doğma Qoçulu kəndindəki məktəbin I sinifinə daxil olub və 1989-cu ildə həmin Qoçulu orta məktəbini yaxşı qiymətlərlə bitirib.
Nənəxanım Bayramova lap uşaqlıqdan rəssamlığa böyük həvəs göstərir, gözəl rəsmlər çəkməyi bacarırdı. O, orta məktəbdə oxuduğu illər ərzində, məktəbdə nəinki sinif yoldaşlarından yaxşı mənada fərqlənirdi, hətta sinif yoldaşlarının rəsmdən dərs tapşırıqlarının hazırlanmasında onlara da yaxından köməklik göstərirdi.
Nənəxanım Bayramova orta məktəb dövründə məktəbin divar qəzetinin buraxılmasına, məktəbdə afişaların, albom, yazı işlərinin yazılmasında və lazım olan rəsmlərin çəkilməsində yaxından köməklik göstərirdi, bir sözlə, demək olar ki, məktəbin rəssamı idi. Son zənglər zamanı onun əl işləri, yazıları hər bir şagirdlərin önlüklərində və köynəklərindı öz əksini tapırdı…
Nənəxanım Bayramova 1989-cu ildə yaşadığı kəndin uşaq bağçasında əmək fəaliyyətinə başlayıb.
1991-ci ildə S.S.Orbeliani adına Tbilisi Dövlət Pedaqoji Universitetinin filologiya fakultəsinə daxil olub.
1996-cı ildə həmin Universiteti müvəffəqiyyətlə bitirib, “Azərbaycan dili və ədəbiyyatı, gürcü dili və ədəbiyyatı müəllimi” ixtisası üzrə diplom alıb.
Elə həmin vaxtdan da öz doğma kəndində ixtisası üzrə müəllim işləyir.
Nənəxanım müəllimə işlədiyi məktəbdə müəllim kollektivinin, şagirdlərin, eləcə də valideynlərin dərin hörmət və rəğbətini qazanıb. Onlar tərəfindən çox sevilir.
Məktəbdə şagirdlərin gürcü dilini öyrənmələrinə, daha yaxşı mənimsəmələrinə çox səy göstərir.
Məktəbin ictimai həyatında fəal iştirak edir. İstər dərnək rəhbəri kimi, istərsə də fəal ictimaiyyətçi kimi, “Yeni il”, “Novruz bayramı” və s. şənliklərin, yubileylərin, əlamətdar günlərə həsr olunmuş müxtəlif tədbirlərin təşkilinə və keçirilməsinə böyük əmək sərf edir.
O, eyni zamanda, məktəbin kitabxanasını da idarə edir, kitabxananın təmiz, səliqəli, gözəl, kitabların rəflərdə qaydada olmasına xüsusi diqqət yetirir. Müəllim və şagirdlərin kitab ehtiyaclarını təmin edir və oxucuların ondan razı qalmasına nail olur.
Nənəxanım Bayramova Gürcüstanın bur neçə şəhərində, o cümlədən, Tbilisidə, Kutaisidə, Rustavidə, Bolnisidə keçirilmiş bir çox treninqlərdə iştirak edib və sertifikatlar alıb. O, imtahan verərək 2019-cu ildə baş müəllim təyin olunub.
Onu da qeyd edək ki, məktəbdə 4 gürcü dili müəllimi var, onlardan yeganə azərbaycanlı Nənəxanım Bayramovadır.
Nənəxanım Bayramova zəhmətkeş müəllim, təcrübəli pedaqoq olmaqla yanaşı, həm də çox işgüzar, yardımsevər, qohumcanlı, yaxşılıqlara dolu bir xanımdır.
Boş vaxtlarında bacı-qardaşlarının, dost-tanışlarının kartal escort uşaqları ilə ilgilənir, qəzet, kitab oxumağı çox sevir və fəxr edir ki, müəllimdir.
Şeir, sənət vurğunu olan Nənəxanım Bayramova haqqında neçə-neçə şeirlər, bir-birindən gözəl misralar yazılıb.
Onun ədəb, ərkanını, gözəl müəllim və ədəbli xanım olmasını mərhum şair Etibar Qoca belə tərənnüm edib:
Fənnin ədəbiyyatdır,
Vücudunda ədəb var.
Ədəbiyyatda qəzəlsən,
Hər zaman da gözəlsən.
“Dünyaya sənin kimi xeyirxah, diqqətçil, bacarıqlı, sevimli insan gəldiyi üçün nə xoşbəxt bizə!..” – Bu gözəl misralar da məhz Nənəxanım xanım haqqında deyilmişdir.
Şagirdləri ona “Məktəbin mələyi” fəxri adını veriblər.
Bakı şəhərinin baş memarı olmuş, Azərbaycan Respublikasının Əməkdar memarı, Azərbaycan Memarlar İttifaqının Rəyasət heyətinin üzvü, Memarlıq üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şair-yazıçı Ömər Qoçulunun Nənəxanım Bayramovaya həsr etdiyi şeirdə yazmışdır:
“GÖZƏLDİ
Əsil-nəcanətli “Omarlar” nəslinin çox izzətli gəlini kadıköy escort olmuş danəndə, üzü nurlu ağbirçək Nənəxanım nənənin nəticəsi, ulu nənəsinin adını daşıyan Nənəxanım Bayramovanın adını dəyişərək (müasirləşdirib) “Nanəxanım” qoydum və bu el gözəlimin dərs dediyi məktəbdə yüksək savadına, layiqli hörmət sahibi olduğuna və əlbəttə ki, isti qohumcanlı gənc xanıma bu şeiri həsr edirəm. Əminəm ki, el aşıqlarının dilində əzbər olacaq.
Qoçuluda bir xanıma vuruldum,
Çöhrəsi Leylitək əsmər gözəldi.
Gəncliyimi yada salıb qovruldum,
Sadə idi, amma qəşmər gözəldi.
Adı Nanə, bir şahanə gözəldi,
Dili şəkər gözəldi.
Qaşlarını rəssam tağbənd çatıbdı,
Naz-qəmzəni çoxdan ucuz satıbdı,
Xumar gözlər elə bil ki, yatıbdı,
Açılanda yanır gövhər-gözəldi.
Adı Nanə, bir şahanə gözəldi,
Dili şəkər gözəldi.
Tellər dal gərdəndə çin-çin saçaqdı,
Uca boyu kənar gözdən qaçaqdı.
Yersiz sözə, alov, tiyə, bıçaqdı,
Tutan yerdən asar, kəsər gözəldi.
Adı Nanə, bir şahanə gözəldi,
Dili şəkər gözəldi.
Saza, sözə meyillidir, əhli-hal,
Ömrü boyu evdə görüb cah-cəlal,
“Omarlara” olacaqdır o halal,
Yada getməz bu şah əsər gözəldi.
Adı Nanə, bir şahanə gözəldi,
Dili şəkər gözəldi.
“Nanə” adı verdi Ömər əmisi,
İnşallah, daşa dəyməz gəmisi.
Türkiyədə “Qoçulular” cəmisi,
Verəcəklər baha nəmər gözəldi.
Adı Nanə, bir şahanə gözəldi.
Dili şəkər gözəldi.”
Xoşbəxt o kəsdir ki, öz gözəlliyi, gözəl insanı xüsusiyyətləri, ədəb-ərkanı, mənəviyyatını, elm, bilik, savadını və bütün gözəllikləri özündə birləşdirib, hər kəsin ürəyində, qəlbində özünə xüsusi yer tutmağı bacarsın.
Bəli, Nənəxanım Bayramova da bütün bu insani keyfiyyətləri özündə cəmləşdirməyi layiqincə bacaran, məhz bu gözəllikləri özündə birləşdirən xoşbəxt insanlardan biridir.
Biz də Nənəxanım Bayramovaya həyatında həmişə çekmeköy escort beləcə gözəlliklər və xoşbəxtliklər arzulayırıq!..
Qoy həmişə xoşbəxt, sevimli və təravətli olsun!..
Məlahət QULİYEVA,
AJB-nin üzvü,
“Abdulla Şaiq” və “Qızıl qələm” mükafatları laureatı
ZiM.Az
.