8 avqust 2008-ci il müharibəsinin qəhrəmanları anılıb

Bu gün – 8 avqust 2008-ci il Gürcüstan–Rusiya müharibəsindən 17 il ötür.

Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin aktiv üzvlərindən ibarət bir qrup, əslən Bolnisidən olan 8 avqust şəhidlərinin məzarlarını və xatirə lövhələrini ziyarət edərək abidələrinin önünə təzə-tər gül dəstələri düzmüşlər.

Əslən Bolnisidən olan qəhrəmanlarımız:

Nodar Devnozaşvili – Ratevani kəndi,

Saba Dadiani – Tandzia kəndi,

Aslan Şainidze – Disveli kəndi

Onlar, 8 avqust müharibəsində vəzifələrini yerinə yetirərkən işğalçılar tərəfindən qəhrəmancasına şəhid olmuşlar.

Qeyd: 5 günlük müharibə zamanı 400-dən çox hərbi və mülki şəxs həlak olmuş, 30 minə yaxın insan isə qaçqın düşmüşdür.

Hələdə Gürcüstanın 20% torpaqları işğal altındadır…

Qəhrəmanlarımızın xatirəsi hər zaman yaşayacaq!

 

REZO HƏSƏNOV,

Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin

rəhbəri

 

 

.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Copyright © All rights reserved. | Newsphere by AF themes.