Xalq şairi Nəriman Həsənzadə: "Ramiz Abdullayevin poetik dünyası"

Xalq şairi  Nəriman Həsənzadə: "Ramiz Abdullayevin poetik dünyası" Xalq şairi Nəriman Həsənzadə:
“Ramiz Abdullayev öz yaradıcılıq kredosu ilə şairdən tələb olunan bütün mənəvi-əxlaqi meyarlara cavab verən qələm sahibidir“

Ramiz Abdullayevin poetik dünyası


Yüksək poetik nümunə­lərdən söh­bət düşəndə ən əvvəl yazar-oxu­cu du­­­­yum­larının, ağrılarının üst-­üstə düş­­məsi ön plana çə­kil­məlidir.
Belə ki, oxucu şair ağrısını öz iç süz­gə­cindən keçirib on­la­rı yaşayırsa demə­li yazılanları dəyər­lən­­dirmək olar və lazımdır da. Çünki həqiqi qiyməti oxucu ve­rir: onu nə aldat­maq, nə də qafiyələnmiş çıx­daş “məhsulla” başını qatmaq müm­­­­kün­dür. Yeri gəlmişkən və­tən­daşlıq liri­ka­sını, öz daxili ya­şantı­larına qurban verməyən şair yalnız al­qışlanmağa layiq­dir. Ra­miz Abdullayev öz ya­ra­dıcılıq kredosu ilə şairdən tələb olunan bütün mənəvi-əx­laqi me­­yarlara cavab verən qələm sahibidir və bu amil se­vin­dir­mə­yə bilməz.
Efirdə, ekranda Ramiz Abdullayevin sözlərinə yazılmış mah­nılarını çox dinləmişəm. Bəri başdan deyim ki,bəstələrin mu­siqi və janr əlvanlığı,mətnlərdəki dərin lirizm müəllifin bö­yük ürək sahibi,şair ürəyinə malik olan insanı göz önündə can­lan­­dırırdı. Çox şadam ki,bu təəssürat özünü Ramiz Ab­dullayevin ki­tab­la­rın­da öz təsdiqini tapdı. İstər onun “Sevgi dolu ge­cələr” (2000-ci il), istərsə də “Vətən torpağı (2002-ci il), kitabı ol­­sun. Hər ikisindən, elə­cə də digər kitablarından bizlərə do­ğulduğu Bakı­nı­,­ ümu­miy­yətlə Azərbaycanı alovlu məhəb­bətlə sevən bir şair boy­la­nır: öz ürək pəncərəsindən boy­lanan bu şair oxucunu bütöv Və­tən torpağı na­minə mübariz ol­mağa çağırır və qələm süngüsü ilə öndə ge­də­cə­yinə hamını inan­dırıcı şəkildə əmin etməkdədir. Elə “Azad edəcəyəm səni, Qarabağ” şeirin­dən bir parça gətirmək kifayətdir:


Dayanıb səngərdən baxıram sənə,
Düşmənlər sədd çəkib səninlə mənə,
Ürəyim, gözlərim bürünüb qəmə.
Düşmən sinəsinə çəkəcəyəm dağ,
Azad edəcəyəm səni, Qarabağ!

Gördüyünüz kimi müəllif həmvətənlərinə daima ayıq-sayıq ol­mağı tələb etməklə,onları bədbinlikdən çəkindirir və inandırır ki, Qarabağın düşməndən alınacağı gün heç də uzaqda deyil. “Vətən Torpağı” şeiri də nikbin ruhda köklənmişdir.Şair tor­pağa olan sevgisini necə də gözəl və poetik qələmə almışdır.
“Mənim əsgər qadaşım”, “Bakım”, “Vətən”, “Daglar”, “Mə­nim Maş­tağa kəndim” kimi şeirlər Ramiz Abdullayevin sevgi palitra­sının genişliyini sözün qüdrəti ilə oxucuya çatdırır. Müəllifin Və­tən ünvanlı şeirlərinin heç birində məlum qafiələ­rə rast gəlin­mir, bu da onun zəngin söz ehtiyatına malik oldu­ğu­nu göstər­məkdədir.
Fəxarətlə vurğulamalıyam ki, şair poe­tik janrların ha­mısından uğurla istifadə edərək öz fikir əlvan­lığını oxuculara təqdim et­mək­də çətinlik çəkmir.
Ramiz Abdul­la­yevin sevgi şeirləri olduqca cəl­be­dici və oxu­naqlıdı. Məhz lirik misralarında o, oxucu qarşı­sı­na­ tam­ səmimiliyi ilə çıxır və onunla daxili çırpıntıla­rını, əzab­la­rı­nı bö­lüşdürməyə əs­­la utan­mır. Çünki müəllif sevdiyi qa­dınla da ,onu oxuyanların ya­­nında da safdır, açıqdır. Məhrəmlik isə Ramiz Abdullayevin böyük­lük ölçüsüdür. “Mənim ilk məhə­b­bə­tim”, “Sev­gi dolu gecələr” kimi şeirlər, “Səni gözləyəcək mə­nim göz­lə­rim”, “Düş­düm”, “Xoşbəxt et məni”, “Əsmə ey kü­lək” və baş­qa qə­zəllər müəl­­lifin ürək genişliyini,sevgilisinə sə­daqətini açıqlığı ilə göstər­məkdədir.
Ümumiyyətlə, Ramiz Abdul­layevin yaradıcılıq uni­ver­sal­lığı poe­­ziya ilə bitmir: onun dram əsərləri də dövlət dram teatrlarının səhnələrində uğurla tamaşaya qoyulur. Şair qar­da­şı­mın bir uğu­runa da qəlbən sevin­dim: Azərbaycan ədəbiy­ya­tının təman­nasız dostu, şair-tərcüməçi Giya Paçxataş­vili 2004-cü ildə Ramiz Ab­dullayevi rusdilli oxuculara təqdim etdi. Tər­cü­mə­çi­nin rus və azər­baycan dillərini mükəmməl bilməsi “Zem­lya ot­çiz­nı” kita­bı­nın uğuruna təminat verdi. Son olaraq bunu deyə bilə­rəm ki,Ramiz Abdullayev öz şeirləri və mahnı mət­nlərinin sanbalı ilə təsdiq etdi ki,o ədəbi aləmdə heç də tə­sa­düfi adam deyil.Mən bu gözəl qəlbli insane, kövrək şairə ye­ni-yeni zirvələri qət etməyi arzula­yı­ram. Tanrı səni və qələ­mini qoru­sun, Ramiz qardaşım!

Dərin hörmətlə:
Nəriman HƏSƏNZADƏ,
Xalq şairi.


“Dərbənd” qəzeti, 08 dekabr 2006.
“Bizim Lider” qəzeti, 06 mart 2009.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: