"Azərbaycan poeziyasının Nizami Gəncəvi zirvəsi" adlı kitab nəşr olunacaq

"Azərbaycan poeziyasının Nizami Gəncəvi zirvəsi" adlı kitab nəşr olunacaq Diqqət, diqqət!

Əziz və dəyərli dostlar!
Bildiyiniz kimi, möhtərəm prezidentimiz bu ili dahi şairimiz Nizami Gəncəvinin anadan olmasının 880 illiyi ilə əlaqədar olaraq "Nizami Gəncəvi ili" elan edib.


Biz də Prezidentimizin 5 yanvar tarixli sərəncamını əsas tutaraq, bu təntənəli yubiley şərəfinə Azərbaycan Respublikası "Təhsil" Mərkəzi və "Borçalı" nəşriyyatı ilə birlikdə "ZİRVƏ" ədəbi məcmuəsinin növbəti sayını bütövlüklə dahi şairimiz Nizami Gəncəviyə həsr etməyi qərara almışıq.

Həmçinin, "Azərbaycan poeziyasının Nizami Gəncəvi zirvəsi" adlı ayrıca bir antologiya-kitab, ədəbi-bədii, elmi-publisistik məcmuə də çap etməyi planlaşdırmışıq.


Odur ki, Nizami Gəncəvi haqqında şeirlərinizi, hekayələrinizi, esselərinizi, eləcə də, elmi, elmi-pedaqoji və elmi-publisistik məqalələrinizi göndərməyinizi xahiş edirik.

Əsərlərin qəbulu 2021-ci il may ayının 20-ə kimidir.

E-mail: m-borcali@mail.ru

Hörmətlə, Təşkilat komitəsi.

İnformasiya dəstəyi:
ZiM.Az və Zirve.info saytları,
"Şərqin səsi", "Elm və təhsil" qəzetləri.


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: