“HAQQ YAŞADIR ŞAİR KNYAZ ASLANI!..”

“HAQQ YAŞADIR ŞAİR KNYAZ ASLANI!..” “HAQQ YAŞADIR ŞAİR KNYAZ ASLANI!..” Tanınmış şair Knyaz Aslan
Şuşa Humanitar Kollecində
tələbə gəncləri poeziya ovqatına köklədi


Bu tоrpаğın çəməni min,
çölü min,
Hər nəğməsi bir dаstаndır dilimin.
Sаf ürəkli, duz-çörəkli еlimin
Şаnısınа bаl оlmаğım – səаdət!..


Hər görüş bir xatirə, hər xatirə bir görüşdür. Bu görüşün özülündə poeziya dayananda isə onun xatirəsi əbədi, əzəli, unudulmaz olur...

Noyabrın 28-də Şuşa Humanitar Kollecində tanınmış şair-publisist Knyaz Aslanın yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecə yaddaşlara silinməz izlər saldı.

Əvvəlcə slaydlar vasitəsilə Knyaz Aslanın poeziya yaradıcılığından maraqlı bir nümunə nümayiş etdirildi.


Tədbiri Kollecin müəllimi Yeganə Əliyeva açaraq Knyaz Aslanın həyat və fəaliyyətinə ayna tutdu.
O, bu cür ədəbi gecələrin gənclərin mənəvi tərbiyəsində mühüm rol oynadığını vurğulayaraq qonaq şairin zəngin və maraqlı ömür yolunun bəzi məqamlarını vurğuladı.

Buz bulağın beçə balı,
Damağımda dadı qalıb...
Düzənlərin yaşıl xalı,
Zirvələrin çəndi, Vətən!..


“HAQQ YAŞADIR ŞAİR KNYAZ ASLANI!..” Xatırladıldı ki, Knyaz İlyas oğlu Aslan 1960-cı il dekabrın 25-də Gürcüstan Respublikası Başkeçid (Dmanisi) rayonunun Hamamlı kəndində anadan olub. 1979-cu ildə Hamamlı kənd orta məktəbini Qızıl medalla bitirib.
Knyaz Aslan 1981-1983-cü illərdə Bakı Mədəni-Maarif Texnikumunda, 1983-1988-ci illərdə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsində, 1985-1987-ci illərdə Bakı Dövlət Universitetinin İctimai peşələr fakültəsinin Jurnalistika bölməsində, 1987-1989-cu illərdə Azərbaycan Jurnalist Sənətkarlığı İnstitutunda, 1994-1998-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində, 1990-1993-cü illərdə Bakı Dövlət Universitetinin Aspiranturasında təhsil alib.
Knyaz Aslan 1992-1995-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Azərbaycan Ordusu” qəzetinin şöbə redaktoru və “Hərbi Nəşriyyat”ın redaktoru olub. Müstəqil Azərbaycanda hərbi jurnalistikanın və hərbi nəşriyyatın formalaşmasında xüsusi xidmətləri olub. İşğalçı Ermənistana qarşı aparılan savaşın iştirakçısı, Qarabağ müharibəsi veteranıdır.
1988-2011-ci illərdə Knyaz Aslan Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq kafedrasında laborant, müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. 1995-2004-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyası Beynəlxalq Münasibətlər İnstitutunun və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçisi olub.
2004-cü ildə “Şəxsiyyətin formalaşmasında bədii ədəbiyyatın rolu” mövzusunda dissertasiya işi müdafiə edib, pedaqogika üzrə fəlsəfə doktorudur. “Azərbaycan ədəbiyyatı klassiklərinin irsində kitab və mütaliə məsələləri” mövzusunda doktorluq dissertasiyasını başa çatdırıb.
Knyaz Aslan 2012-ci ildən Bakı Dövlət Universitetinin Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiridir.

Hәr vеcsiz ömürdә ölüm kullәnir,
Bоş keçәn gunlәrә
bаşdаşım – butа!..
Qоlumа, qıçımа uçаn güllәni
Sәrrаst оvçu kimi ürәyim tutа!..

“Kitabşünaslıq və Redaktor Sənəti” elmi-nəzəri jurnalının təsisçisi və baş redaktoru, “Kitabxanaşünaslıq və informasiya” elmi-nəzəri jurnalının baş redaktor müavini, “Borçalı” qəzeti və jurnalının redaktoru, “Səhər” qəzetinin şöbə müdiri, “Xəzər Xəbər” (Xəzər Universiteti) elmi-ədəbi jurnalının redaksiya heyətinin üzvüdur.
Knyaz Aslan çoxsaylı elmi-nəzəri, ədəbi-publisistik məqalənin, 5 monoqrafiyanın, 30-dan artıq elmi və bədii kitabın müəllifidir. Bir sıra kitabların ön söz müəllifi və redaktorudur.
Şeirləri rus, ingilis və alman dillərinə tərcümə olunub.

Təfəkkürü aydın, baxışı iti,
Şimşək qanadlıdır fikir atları.
Polad iradəsi, dəmir məntiqi
Mat qoyur diplomlu diplomatları!..

Knyaz Aslan 2017-ci ildən Birləşmiş Millətlər Təşkilatı yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü – akademikidir.
Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin, Aşıqlar Birliyinin üzvüdür. O, eyni zamanda Avrasiya Sənət, Mədəniyyət, Ədəbiyyat və Elm Federasiyasının (Türkiyə) üzvü, İraq Türkman Yazarlar Birliyinin üzvü, Rusiya Federasiyasının Dağıstan Respublikasındakı (Dərbənd şəhəri) “Gülüstan” Beynəlxalq Ədəbiyyatçılar İttifaqının üzvü, “Qafqaz-Media” İctimai Birliyi İdarə Heyətinin (Azərbaycan) fəxri üzvüdür.
Knyaz Aslan Nizami Gəncəvi, Həsən bəy Zərdabi, Ömər Faiq Nemanzadə, Sergey Yesenin, Abdulla Şaiq, Şəhriyar, “Qızıl Kitab”, “Qızıl Qələm”, “Büllur Qələm”, “Ustad”, “Kamil sənətkar”, “Səhər” və başqa ədəbi mükafatlar laureatıdır.
“İlin alimi” və “Azərbaycan Respublikasının Qabaqcıl təhsil işçisi” fəxri adlarına layiq görülüb.
ABŞ, Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan, İran və başqa ölkələrdə keçirilmiş beynəlxalq seminar, simpozium və konfransların iştirakçısıdır.

Qаrdаşlıq hökmü vаr bəşər səsində,
Vəhdəti, birliyi yеnmək çətindir.
Ədаlət, hаqq-nаhаq tərəzisində
Аğırlıq həmişə həqiqətindir!..

Sonra Kollecin tələbələrindən Fəridə Zülfüqarova, Məleykə Səfərli, Şəbnəm Gülmalıyeva, Elmira Nəcəfova, Arzu Mustafayeva, Nigar Məmmədova, Təravət İsrafilova, Safa Abdulkərimova, Zəhra Şəkərova, Fidan Həsənzadə şair Knyaz Aslanın ana, Vətən, həyat, təbiət, məhəbbət mövzulu şeirlərindən nümunələri ürəklə söylədilər, tamaşaçıların alqışlarını qazandılar. Anar Əlizadənin tarda ifa etdiyi muğam parçaları poetik örnəklərə həzin ovqat qatdı.

Bаşını qаtmаsın nə şаn, nə şöhrət,
Аldаnmа ötəri dövlətə, vаrа...
Yаlаndır dünyаdа yаmаnlıq, nifrət,
Hаzır оl həmişə yахşılıqlаrа!..

Prezident təqaüdçüsü, “Qafqaz-Media” İctimai Birliyinin sədri, “QafqazMedia.az” və “AzTac.az” saytlarının rəhbəri, “Borçalı” qəzeti və jurnalının baş redaktoru Azadə Hüseynova ötən illərin xatirələrini çözələdi. O dedi ki, imzasını çoxdan tanıdığı Knyaz Aslanla 1990-cı illərin sonlarında “Borçalı” qəzetində birgə fəaliyyət göstərdikləri zaman sıx yaradıcılıq əməkdaşlığına başlayıb. O vaxtdan indiyədək Knyaz Aslan həmin qəzetin dəyişməz redaktoru olaraq qalır. Azadə xanım qələm qardaşından təşəbbüskar, istedadlı, təvazökar, peşəkar, səriştəli bir jurnalist, pedaqoq, alim, əsl ziyalı kimi bəhs etdi. Onun Azərbaycan ədəbi mühitində kifayət qədər nüfuza malik olduğunu söylədi.

Həmişə fərəhlə ucalsın səsin,
Duyan könüllərdə mərhəmət olur...
İnamla, ümidlə yaşayan kəsin
Nəsibi həmişə səadət olur!..

Sonra Azadə Hüseynova “Qafqaz-Media” İctimai Birliyinin yenicə təsis etdiyi “Elm və təhsil uğurları” Fəxri Diplomunun ilk nüsxəsini Knyaz Aslana təqdim etdi. O dedi ki, Bakı Dövlət Universiteti Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri, BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü, “Tərəqqi” medalı mükafatçısı, Azərbaycan Respublikasının Qabaqcıl təhsil işçisi, Qarabağ müharibəsi veteranı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Knyaz Aslan İlyas oğlu Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı – Şərqin ilk ali məktəbi olan Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə, təhsil, elm və mədəniyyətin inkişafındakı xidmətlərinə görə məhz bu fəxri diplomla təltif edilir.

Həyat bir nağıldı – gah qara, gah ağ,
Ruhunda gəzdirir qoca cahanı.
Zaman dəyişsə də, insandır ancaq
Əzəli, əbədi baş qəhrəmanı.

Daha sonra Bakı Dövlət Universitetinin alimlərindən dosentlər Rasim Süleymanov, Ələmdar Cabbarlı, Nailə Mehrəliyeva, Şəhla Tahirqızı, Xuraman Ağayeva Knyaz Aslanı şair, publisist, jurnalist, tərcüməçi, ədəbiyyatşünas, kitabşünas alim kimi xarakterizə edərək, bütün bu uğurlu fəaliyyət istiqamətlərini onun fitri istedadı, qaynar işgüzarlığı və şəxsiyyət bütövlüyü ilə əlaqələndirdilər. Natiqlər qeyd etdilər ki, Knyaz Aslan 1990-cı illərin əvvəllərində Müdafiə Nazirliyinin orqanı olan “Azərbaycan Ordusu” qəzetində hərbi jurnalist kimi fəaliyyət göstərmiş, döyüş bölgələrindən operativ yazılar hazırlayaraq dərc etdirmişdir. Onlar Qarabağ müharibəsi veteranı olan şairin savaş ovqatlı şeirlərinin gənc nəslin hərbi vətənpərlik tərbiyəsinə təsirini xüsusi vurğuladılar.

Hаnı Lаçın?..
Hаnı Şuşа?..
Bu nə оyun,
nə tаmаşа?..
“Dеyilənlər gəldi bаşа”…
Qаlх аyаğа, Аzərbаycаn!..

Çıxış edənlər ayrıca bildirdilər ki, Knyaz Aslanın fəaliyyətində pedaqoji istiqamət mühüm yer tutur. O, 30 ildən artıqdır ki, Bakı Dövlət Universitetində səmərəli fəaliyyət göstərir.
Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 noyabr 2019-cu il tarixli Sərəncamı ilə Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Knyaz Aslan “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Bundan başqa, Azərbaycan Respublikasının Təhsil Naziri Ceyhun Bayramovun 25 noyabr 2019-cu il tarixli əmri ilə elm və təhsilin inkişafı sahəsində yüksək nailiyyətlər əldə etdiyinə, bu sahələrin inkişafına xüsusi töhfə verdiyinə, Universitetin sosial-mədəni inkişafında fəal iştirak etdiyinə görə Knyaz Aslan “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif olunmuşdur.
Natiqlər bu mükafatlar münasibətilə Knyaz Aslanı təbrik etdilər, ona yeni-yeni nailiyyətlər arzuladılar.

Еllə аğlаyаndı, еllə güləndi,
Dоstlа tikəsini yаrı böləndi.
Аğır əyləşəndi, bаtmаn gələndi
О kеçmiş, о köhnə kişilər kimi...

Söz Knyaz Aslana verildi. Şair müxtəlif mövzularda yazdığı şeirlərdən nümunələr oxudu, bu görüşün təşkilatçılarına minnətdarlığını bildirdi, növbəti görüşlərin düşmən işğalından azad olunmuş Qarabağımızda, Şuşamızda, gözləri yolda qalan digər bölgələrimizdə keçirilməsini arzuladı.

Murоv dаğdаn hаrаy çəkir Kəlbəcər,
Şuşа – nаmus, Lаçın – qеyrət, biz – əsgər...
Qana həris düşmənlərə sinə gər,
Qələbə çаl, qələbə çаl, qələbə!..

Tədbirin sonunda Şuşa Humanitar Kollecinin direktoru Rasim Mehdiyev çıxış edərək, şair-publisist Knyaz Aslanı çoxdan tanıdığını, onun yaradıcılılğını yüksək dəyərləndirdiyini bildirdi. O dedi ki, Knyaz Aslan istər ədəbi-bədii, istər elmi-pedaqoji, istərsə də, ictimai-mədəni fəaliyyəti ilə cəmiyyət arasında böyük nüfuz qazanmış, sanballı söz sahibinə çevrilmişdir. Bugünkü tədbir onun potensialının bir çox cəhətlərinə işıq saldı, gənc nəsillə səmimi ünsiyyətin yaranmasına vəsilə oldu. Rasim Mehdiyev tələbələrin əsl vətənpərvərlər kimi yetişməsində mühüm təsirə malik olan belə tədbirlərin davamlı olaraq təşkil ediləcəyini də söylədi.

Dоğmа оcаq möcüzəymiş binаdаn,
Hər közündə nеçə dаstаn yаşаyır!..
Sığаlını еlə çəkib yаrаdаn,
Bir gülündə min gülüstаn yаşаyır!..

Ədəbi-bədi gecə sona çatsa da, heç kəs zaldan ayrılmaq istəmirdi. Kimi şair-publisist Knyaz Aslanla fotoşəkil çəkdirir, kimi avtoqraf alır, kimi də növbəti görüşün vaxtını soruşurdu...

Yerdi, göydü, oddu, sudu ünvanı,
Halallıqdan yoğrulubdu ad-sanı...
Haqq yaşatsın qəmli Knyaz Aslanı,
Göy Tanrıya bağlamışam şeirimi!

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: