Pakistanlı alimlər Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda olublar

Pakistanlı alimlər Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda olublarPakistanlı alimlər Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda olublar 2022-ci il Avqustun 22-də
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun
baş direktoru akademik
İradə Hüseynova
və icraçı direktor b.ü.f.d., dosent Ələmdar Məmmədov Pakistanın Lahor şəhərində yerləşən Pəncab Universitetinin Molekulyar Biologiya üzrə Mükəmməllik Mərkəzinin əməkdaşları Dr. Abdul Qayyum və Dr. Allah Bakhşhi ilə görüşüblər.


Görüş zamanı akademik İradə Hüseynova pakistanlı alimlərə MBBİ-nin yaranma tarixi, institutun elmi laboratoriyaları, onların tədqiqat istiqamətləri və burada aparılan elmi işlər barədə geniş məlumat verib. Qeyd olunub ki, institutun əməkdaşları ilə pakistan alimlərinin əməkdaşlıq əlaqələri 20 ildən artıq tarixə malikdir.
Öz növbəsində qonaqlar Molekulyar Biologiya üzrə Mükəmməllik Mərkəzinin infrastrukturu, laboratoriyaları, aparılan elmi-tədqiqat işləri barədə geniş məlumat veriblər. Sonra qonaqlar institutun laboratoriyaları, mövcud maddi-texniki bazası ilə yaxından tanış olunlar.
Daha sonra molekulyar metodlarla yeni stresədavamlı buğda genotiplərinin yaradılması məqsədilə birgə hazırlanmış layihənin detalları müzakirə edilib.
Eyni zamanda hər iki elmi mərkəz arasında elmi əməkdaşlığın daha da genişləndirilməsi, molekulyar biologiya, molekulyar biotexnologiya, populyasiya genomiksi və digər istiqamətlər üzrə birgə layihələrin və yüksəkixtisaslı gənc kadrların hazırlanmasına dair fikir mübadiləsi aparılıb.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: