Elşad Əliyev Diasporla İş üzrə Dövlət Komitəsi sədrinə müavin təyin edilib

Elşad Əliyev Diasporla İş üzrə Dövlət Komitəsi sədrinə  müavin təyin edilib TƏBRİK EDİRİK!..

Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev 2020-ci il sentyabrın 2-də
Diasporla İş üzrə Dövlət Komitəsi sədrinə
yeni müavin təyin edilməsi haqqında
sərəncam imzalayıb.


"ZiM.Az" xəbər verir ki, sərəncama əsasən,
Elşad Nuğay oğlu Əliyev Dövlət Komitəsi sədrinin
müavini təyin olunub.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini olan Faiq Quliyev avqustun 17-də Azərbaycanın Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

***

Elşad Əliyev Diasporla İş üzrə Dövlət Komitəsi sədrinə  müavin təyin edilib Elşad Nuqay oğlu Əliyev - 28 iyul 1979-cu ildə Bakı şəhərində anadan olub.

1985-1995-ci illərdə Bakı şəhəri Səbail rayonundakı 190 saylı orta məktəbdə təhsil alıb.

1995-1999-cu illərdə Azərbaycan Dillər Universitetinin İngilisi-fransız dilləri fakültəsində bakalavr, 1999-2001-ci illərdə magist təhsili alıb.

2001-2002-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub.

2003-2010-ci illərdə müxtəlif dövlət qurumlarında çalışıb.

2011-ci ildən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin I Avropa idarəsinin Qərbi Avropa şöbəsinin birinci katibi, eyni zamanda 2012-2016-cı illərdə Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyinin birinci katibi vəzifəsində çalışıb.

Elşad Əliyev Diasporla İş üzrə Dövlət Komitəsi sədrinə  müavin təyin edilib 2018-2020-ci illədə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2020-ci il tarixli sərəncamı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini təyin edilib.

İngilis, fransız, rus və türk dillərini bilir.

Ailəlidir, iki övladı var.


REDAKSİYADAN:
Elşad Əliyev Diasporla İş üzrə Dövlət Komitəsi sədrinə  müavin təyin edilib
Biz də dəyərli soydaşımız çox hörmətli
Elşad Nuğay oğlu Əliyevi
Diasporla İş üzrə Dövlət Komitəsinin
sədr müavini təyin olunması münasibətilə
ürəkdən təbrik edir, ona şərəfli vəzifəsində
yeni-yeni uğurlar arzulayırıq!..


Müşfiq BORÇALI,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: