YAP Azərbaycanın tərəqqisində mühüm rol oynayan aparıcı qüvvədir

YAP Azərbaycanın tərəqqisində mühüm rol oynayan aparıcı qüvvədir Yeni Azərbaycan Partiyasının VII qurultayı həm ölkəmiz, həm də partiyamız üçün əlamətdar və mühüm ictimai-siyasi hadisədir. Çünki YAP cəmiyyətin bütün təbəqələrindən olan insanları öz sıralarında birləşdirən ümumxalq partiyasıdır və ölkə daxilində ictimai-siyasi münasibətlərin inkişafında, həmçinin Azərbaycanın tərəqqisində mühüm rol oynayan aparıcı qüvvədir.

Yeni Azərbaycan Partiyası öz fəaliyyətini zamanın tələblərinə və çağırışlarına uyğun formalaşdıran xalq partiyasıdır. Ona görə də bütün bu və digər amillər yeni mərhələnin əsasını qoyduğu üçün Yeni Azərbaycan Partiyasının da növbəti qurultayını zəruri edən faktorlar olub. Düşünürəm ki, YAP yeni dönəmdə də üzərinə düşən vəzifələri layiqincə yerinə yetirərək ölkəmizin dinamik inkişafına öz müstəsna töhfəsini verəcək.
Xüsusi olaraq vurğulamaq istəyirəm ki, Mehriban xanım Əliyevanın partiyamızın Sədrinin birinci müavini kimi fəaliyyəti YAP-ın nüfuzunun və gücünün, Yeni Azərbaycan Partiyasına ictimai dəstəyin daha da artması baxımından olduqca mühüm əhəmiyyətə malikdir. İnkaredilməz həqiqətdir ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın milli maraqlara, bəşəri dəyərlərə əsaslanan çoxşaxəli fəaliyyəti həm ölkəmizdə, həm də beynəlxalq səviyyədə çox yüksək qiymətləndirilir, dərin rəğbətlə qarşılanır. Mehriban xanım Əliyeva ötən müddət ərzində milli maraqları daim üstün tutaraq xalqa və dövlətə ləyaqətlə xidmət edib, vətəndaş məmnunluğunun artmasına, əhalinin rifahının daha da yaxşılaşmasına xidmət edən mühüm təşəbbüslərlə çıxış edib, xüsusilə də sosial məsələlərin həllinə yüksək diqqət göstərib. Bunlarla yanaşı, fəaliyyəti humanizm və vətənpərvərlik prinsiplərinə əsaslanan Mehriban xanım Əliyeva ölkəmizin müsbət beynəlxalq imicinin daha da möhkəmlənməsinə, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasına müstəsna töhfələr verib. Ona görə də qeyd etdiyim kimi, Mehriban xanım Əliyevanın partiyamızın Sədrinin birinci müavini təyin edilməsi yeni mərhələdə Yeni Azərbaycan Partiyasının inkişafına təkan verəcək, partiyamızın və ölkəmizin yeni nailiyyətlər əldə etməsində mühüm əhəmiyyətə malik olacaq.

İndiki mərhələdə 6 siyasi partiyanın YAP-a qoşulması Yeni Azərbaycan Partiyası milli həmrəyliyin təcəssümünə çevrilib. Bu reallıq yeni mərhələdə həm partiyamızın, həm də ölkəmizin inkişafı baxımından mühüm əhəmiyyətə malik olacaq. Digər tərəfdən, belə bir addım Azərbaycanda siyasi sistemin inkişafına, siyasi münasibətlərin sağlam zəmində cərəyan etməsinə və dialoq mühitinin genişləndirilməsinə xidmət göstərəcək!

Babacan ZƏKİYEV,
Qusar rayonundakı
Sərvər Abdulkərimov adına
Balaqusar kənd tam orta məktəbin
direktoru

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: