Qarabağa mənəvi qaydış

   Qarabağa mənəvi qaydış   Qarabağa mənəvi qaydış    Qarabağa mənəvi qaydış    Qarabağa mənəvi qaydış“Bacarıqlı Əllər Dünyası” İctimai Birliyinin həyata keçirdiyi “Qarabağa mənəvi qayıdış” layihəsi başa çatıb.
Bununla əlaqədar Bakı şəhər 201 saylı tam orta məktəbdə tədbir keçirilib.
Şəhidlərimizin əziz xatirəsinə həsr edilmiş layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə reallaşıb.
Əvvəlcə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunub.


Tədbirdə Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin, qazilərin yaxınları iştirak ediblər.

Çıxış edənlər Vətən uğrunda canlarından keçən qəhrəmanların xatirəsinin əziz və uca tutulmasına, onların ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlıq ediblər. Bildirilib ki, layihədə iştirak edən şagirdlərin əksəriyyəti həssas qrupa aid olan uşaqlar, eləcə də şəhid və qazi övladlarıdır.
Sonra məktəblilər şəhidlərin xatirəsinə həsr etdikləri kompozisiya ilə çıxış ediblər.

Layihə çərçivəsində “Bacarıqlı Əllər Dünyası” İctimai Birliyinin rəhbəri Azadə Məmmədova, müəllimlər Zəhra Xələfova, Səbinə Quliyeva Rahim Rzayevin keçdiyi təlimlərdə 30 uşaq iştirak edib. Onlara Qarabağın sənət dünyasından incilər öyrədilib, Qarabağın, mədəniyyətimizin tarixi barədə geniş məlumatlar verilib.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: