Azərbaycan Texnologiya Universitetinə təyin edilmiş yeni rektor əvəzi kollektivə təqdim olunub

Azərbaycan Texnologiya Universitetinə təyin edilmiş yeni rektor əvəzi kollektivə təqdim olunub TƏBRİK EDİRİK!...

Məlum olduğu kimi,
19 iyul, 2022-ci il tarixində
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə A.Ş.Süleymanov Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsindən azad edilib.
Təhsil naziri
Emin Əmrullayevin əmri ilə Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsinin səlahiyyətləri Yaşar Adil oğlu Ömərova həvalə edilib. 


Bu gün universitetin yeni rəhbəri kollektivə təqdim olunub.
Təqdimatı Təhsil nazirinin müşaviri Nicat Məmmədli həyata keçirib.
Təqdimat zamanı Nicat Məmmədli ölkədə təhsil sahəsində görülən işlərdən və qarşıda duran məsələlərdən danışaraq qeyd edib ki, region universitetlərinin inkişafı dövlət strategiyasında nəzərdə tutulub və Yaşar Ömərov universitetin elm və tədris potensialının daha yüksək səviyyəyə çatdırılması üçün çalışacaq. 

Tədbirdə iştirak edən Akif Süleymanov da öz növbəsində bu məsuliyyətli işində Yaşar Ömərova uğurlar və nailiyyətlər arzu edib.

Yaşar Ömərov ona göstərilən etimad üçün Təhsil nazirinə təşəkkür bildirib, Azərbaycan Texnologiya Universitetinin inkişafı üçün bütün səylərini səfərbər edəcəyini qeyd edib. 

Hazırda Yaşar Ömərov Azərbaycan Respublikası Təhsil Nazirliyində sektor müdiri vəzifəsində çalışır. Bundan əvvəl isə o, Bakı Dövlət Universitetində müxtəlif vəziflərdə işləyib.

Biz də hörmətli Yaşar müəllimi ürəkdən təbrik edir, ona yeni və şərəfli vəzifəsində uğurlar arzulayırıq!

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: